Hüseyn Dəmirli Haqqinda Melumat - Vikipedia

Hüseyn Dəmirli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Zeynal oğlu Dəmirli (d. 4 avqust 1993; Biləsuvar, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Hüseyn Dəmirli
Hüseyn Zeynal oğlu Dəmirli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Biləsuvar, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Kiçik çavuş
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Hüseyn Dəmirli 1993-cü ilin 4 avqust günündə Biləsuvar şəhərində anadan olub. 2011-ci ilin 6 oktyabr günündə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. Hüseyn Dəmirli 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.

Hərbi xidməti redaktə

Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Hüseyn Dəmirli doğulduğu Biləsuvar şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Dəmirli uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023