Hüseyn Məmmədov (siyasətçi, 1875) Haqqinda Melumat - Vikipedia

Hüseyn Məmmədov (siyasətçi, 1875) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Məmmədov (siyasətçi, 1875)

Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (gürc. ჰუსეინ გიულმამედ ოღლუ მამედოვი, 1875, Yormuğanlıən tezi 1921) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).

Hüseyn Məmmədov
gürc. კუსეინ ყული-მამედ ოღლი მამედოვი
12 mart 1919 – 17 mart 1921
Şəxsi məlumatlar
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi ən tezi 1921
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

 
Hüseyn Məmmədov Gürcüstan Müəssislər Məclisinin tərkibində (sonuncu sırada sağdan birinci).

1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır.[1]

1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub.[1][2]

12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir.[1]

1919-cu ilin martında Georgi Ancaparidze, Samson PirsxalavaPyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi.[3]

Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi.[2]

1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 "მამედოვი ჰუსეინ ყული-მამედ-ოღლი". Archive.ge (gürcü). 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.
  2. 1 2 "GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİNƏ SEÇKİLƏR. QARAÇÖPLÜ DEPUTAT HÜSEYNQULU MƏMMƏDOV". Zim.az (az.). 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.
  3. "მამედოვი ჰუსეინ ყული-მამედ ოღლი". Nplg.gov.ge (gürcü).

Saytda 190 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024