Hüseyn Nağıyev Haqqinda Melumat - Vikipedia

Hüseyn Nağıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Nağıyev

Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Hüseyn Nağıyev
Hüseyn Hacı Musa oğlu Nağıyev
Doğum tarixi
Doğum yeri Gəncə, Rusiya imperiyası
Təhsili İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1]

Həyatı redaktə

Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.

Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024