Hüseyn Rəhimli (cüdoçu) Haqqinda Melumat - Vikipedia

Hüseyn Rəhimli (cüdoçu) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Rəhimli

(Hüseyn Rəhimli (cüdoçu) səhifəsindən istiqamətləndirilmişdir)

Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.[1][2]

Hüseyn Rəhimli
Şəxsi məlumatlar
Tam adı Hüseyn Natiq oğlu Rəhimli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (28 yaş)
Boyu 164 sm. (5 ft 6 in)
İdman növü Cüdo

Həyatı redaktə

Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub.

Karyerası redaktə

  • Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu.
  • Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu.
  • Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu.
  • 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu.
  • Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[3]
  • Hüseyn Rəhimli XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində Birləşmiş Krallıq nümayəndəsi Daniel Povell ilə üz-üzə gəldi.[4] Daniel Povell ilə görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan Cənubi Koreya təmsilçisi Li Yun-Min ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[4] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Davurxon Karomatov oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün 1:50-ci dəqiqəsində Hüseyn Rəhimli vaza-ari balı qazansa da, bir dəqiqə sonra rəqib də vaza-ari balı qazandı və görüşün əsas vaxtında qalib müəyyənləşmədi.[4] Qızıl bal uğrunda hissənin 26-cı saniyəsində Hüseyn Rəhimli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[4]
  • Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn Natiq oğlu Rəhimli 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[5][6][7]

İstinadlar redaktə

  1. "RAHIMLI HUSEYN". www.ijf.org (ingilis). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  2. "Huseyn Rahimli - Country: Azerbaijan (National Championships Seniors)". www.judoinside.com (ingilis). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  3. Azerisport.com idman portalı. "11 дзюдоистов завоевали лицензии на Паралимпиаду-2020". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  4. 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские паралимпийцы завоевали еще три золотые медали". www.azerisport.com (rus.)). 01.09.2022. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  5. "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 06.09.2021. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  6. "1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə". e-qanun.az. 06.09.2021.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024