Hüseyn Xəlilov (əsgər) Haqqinda Melumat - Vikipedia

Hüseyn Xəlilov (əsgər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Xəlilov (əsgər)

Hüseyn Rasim oğlu Xəlilov (27 mart 2002; Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan25 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Hüseyn Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı redaktə

Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olmuşdur.[1] Əslən Bakının Nardaran kəndindəndir. 2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti redaktə

Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, QubadlınınŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılmışdı.[2] Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmışdır. GəncədəBakıda yerləşən xəstəxanada koma vəziyyətində saxlanmışdır. 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada həlak olmuşdur.[3] Nardaran qəsəbəsində dəfn edilmişdir.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Şahanə Müşfiq. "Əbədiyyətin əziz ünvanları". 525-ci qəzet (az.). 30.09.2021. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2001.
  2. Qazax Gəncliyi Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. Facebook sosial şəbəkəsi. 26.04.2021.
  3. İkinci Qarabağ müharibəsində yaralanan hərbçimiz şəhid olub - FOTO Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. Azəri Press Agentliyi (APA). 25.04.2021.
  4. Şəhid Hüseyn Xəlilov Nardaranda dəfn olundu - YENİLƏNDİ - FOTO Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. rakus.az. 26.04.2021.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  8. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Ən Son Axtarılanlar

Fayl:Homoeopathy_-_What_is_it?_-_A_statement_and_review_of_its_docenines_and_practices_(IA_homoeopat Fayl:Notes_on_the_bibliography_of_three_sixteazth-caztury_English_books_connected_with_London_hospit Fayl:History_of_India_(IA_historyofindia01keeniala).pdf Fayl:Federal_Register_1943-01-28-_Vol_8_Iss_19_(IA_sim_federal-register-find_1943-01-28_8_19).pdf Fayl:Bundesarchiv_Bild_101I-219-0562A-06,_Russland,_Kolonne_mit_Panzer_III.jpg Fayl:Distinctive_gladioli_and_other_bulbs_for_spring_planting_-_1930_(catalog)_-_M._van_Waveren_ Fayl:College_of_pharmacy_of_the_City_of_New_York_(IA_collegeofpharmac1968coll).pdf Fayl:Holdridge's_catalogue_-_strawberry_plants_-_1927_-_grown_by_S.E._Holdridge._(IA_CAT31325244).pd Fayl:Democracy_and_assimilation,_the_blending_of_immigrant_heritages_in_America_(IA_democracyassimil Fayl:Wilderness_studies_-_managemazt_framework_plan_amazdmazts,_summary_of_land_use_alternatives_(IA Fayl:Rediscovering_india_philosophy_of_the_upanishads_vol_4_(IA_RediscoveringIndiaPhilosophyOfTheUpa Fayl:Lectures_on_midwifery_-_and_the_forms_of_disease_peculiar_to_womaz_and_childraz_delivered_to_th Fayl:BLM_social_effects_project_literature_review_(IA_blmsocialeffects7211bran).pdf Fayl:A_history_of_China;_(IA_historyofchina00will).pdf Fayl:The_problem_of_China_-_Russell_1922.pdf Fayl:James_the_Second's_descrut_on_Ireland_and_the_siege_of_Londonderry_in_1689_(aus-_History_of_Eng Fayl:Thirty-first_annual_report_of_the_county_and_city_of_Worcester_Pauper_Lunatic_Asylum_(IA_b30313 Fayl:The_Grant_poem,_containing_Grant's_public_career_and_private_life_from_the_cradle_to_the_grave_ Fayl:Facts_about_Kansas;_(IA_factsaboutkansas01miss).pdf Sami_hesruli
Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024