HƏMAS Nizamnaməsi (2017) Haqqinda Melumat - Vikipedia

HƏMAS Nizamnaməsi (2017) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

HƏMAS Nizamnaməsi (2017)

Ümumi Prinsiplər və Siyasətlər Sənədi (وثيقة المبادئ والسياسات العامة لحركة حماس) və ya Yeni HƏMAS Nizamnaməsi — 2017-ci ilin may ayında Fələstin siyasi və hərbi təşkilatı HƏMAS tərəfindən buraxılmış sənəd. Nizamnamədə 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını müdafiə edilmiş və bunu "milli konsensus formulu" kimi təsvir olunmuşdur. Burada həmçinin, İsrail "qeyri-qanuni qurum" adlandırılmış və təşkilatın silahlı mübarizəyə sadiqliyini saxlanılmışdır.

1988-ci il HƏMAS Nizamnaməsi antisemit xarakterinə görə geniş şəkildə tənqid olunsa da, 2017-ci il sənədində HƏMAS-ın dinlərinə görə yəhudilərlə deyil, sionist layihəsi ilə mübarizə apardığı bildirilmişdir. Bununla belə, HƏMAS 1988-ci il nizamnaməsinin öz dövrünün sənədi olduğunu və yeni sənədin HƏMAS-ın indiki mövqeyini əks etdirdiyini bildirərək orijinal nizamnamədən imtina etməkdə çətinlik çəkmişdir.

2017-ci il sənədinə baxışlar müxtəlif olmuşdur. Bəziləri bunu praqmatizm və artan siyasi yetkinlik əlaməti və sülh yolunda potensial addım kimi qarşılamışdır. Buna baxmayaraq, 2017-ci il nizamnaməsinin aktuallığı bir çoxları, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən şübhə altına alınmışdır. O, 2017-ci ildə verdiyi açıqlamada HƏMAS-ı dünyanı aldatmaq cəhdində günahlandırmış və həmçinin əsl dəyişiklik üçün "terror fəaliyyətlərini dayandırmasını" istəmişdir.[1]

İstinadlar redaktə

  1. "Israel dismisses purportedly 'friendlier' Hamas principles". The Times of Israel. 1 May 2017. 1 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2017.

Xarici keçidlər redaktə


Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024