Həşəratyeyən bitkilər Haqqinda Melumat - Vikipedia

Həşəratyeyən bitkilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həşəratyeyən bitkilər

Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər.

Həşəratyeyən bitkilər redaktə

Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.[1]

İstinadlar redaktə

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024