Həmid Heydəri Haqqinda Melumat - Vikipedia

Həmid Heydəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həmid Heydəri

Azərbaycanın paralimpiya atleti

Həmid Məhərrəməli oğlu Heydəri (26 mart 1991; Şahrud, İran) — Azərbaycanı, əvvəl isə İranı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.

Həmid Heydəri
Həmid Heydəri 2016-cı il Yay Paralimpiya Oyunlarında
Həmid Heydəri 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Həmid Məhərrəməli oğlu Heydəri
Vətəndaşlığı İran İran
Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Şahrud, İran
İdman növü Yüngül atletika
Məşqçisi Oleq Panyutin

Həyatı redaktə

Həmdi Heydəri 1991-ci il martın 26-da Şahrud şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır.

Karyerası redaktə

Həmdi Heydəri İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XIV Yay Paralimpiya Oyunlarında təmsil elədi və gümüş medalın sahibi oldu.

2017-ci ilin iyul ayında o, Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.

Həmdi Heydəri 2020-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi.

2021-ci ilin iyun ayında Həmdi Heydəri Polşada baş tutan Avropa Çempionatında 42.48 metr nəticə ilə turnirin gümüş medalına sahib oldu.

2021-ci ilin avqust ayında isə Həmdi Heydəri Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nizə atma turnirində Həmdi Heydəri 50.42 metr nəticə ilə qızıl medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Həmdi Məhərrəməli oğlu Heydəri "Şöhrət" ordeni ilə təltif edildi.[1]

İstinadlar redaktə

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.

Saytda 219 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024