Həmid Qasımbəyov Haqqinda Melumat - Vikipedia

Həmid Qasımbəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həmid Qasımbəyov

Həmid Həbib bəy oğlu Qasımbəyov (3 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı22 aprel 2005, Bakı) — azərbaycanlı SSRİ hərbi xadimi, vitse-admiral.[1]

Həmid Qasımbəyov
Həmid Həbib bəy oğlu Qasımbəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Tatyana Sidorova
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ SSRİ
Qoşun növü Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 1945 - 1984
Rütbəsi Vitse-admiral
Döyüşlər İkinci Dünya müharibəsi
Sovet-Yapon müharibəsi (1945)
Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı

1945-ci ildə Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisi ilə, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib.

1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub. 1970-ci ildə Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi təyin edilib.

1971-ci ildə kontr-admiral, 1976-cı ildə vitse-admiral rütbəsi alıb.

1980-ci ildən 1984-cü ilədək fəaliyyət göstərmiş Azərbaycan SSR Ali Sovetinin X çağırışında deputat seçilib.

2 dəfə "Qızıl Ulduz" medalı ilə, 1 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilməklə birlikdə 30-a yaxın orden və medalla mükafatlandırılıb. 1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif olunub.

Həyatı redaktə

Həmid Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçür və o burada Nizami rayonu 3 saylı məktəbdə təhsil almağa başlayır. Onillik məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun Dəmir yolu tikintisi fakültəsinə daxil olub. İkinci Dünya Müharibəsi başladıqdan sonra təhsili ilə yanaşı əlvan metallar zavodununda dəmirçi kimi işləyib.[2] 1941-ci ilin payızında institut alman təhlükəsinə görə Moskvadan Tiflisə köçürülüb.[3][4]

Hərbi xidməti redaktə

İkinci Dünya Müharibəsində redaktə

1941-ci il dekabr ayının sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1945-ci ilin fevral ayında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilir.[2]

1945-ci il may ayının əvvəlində komandanın tərkibində Sakit okean donanmasına Vladivostok şəhərinə göndərilir. ABŞ-da istehsal olunmuş və SSRİ-ə dəstək üçün göndərilən yeni gəmilərin qəbulu ilə bağlı yaradılmış komissiyaya daxil olur.[2] Burada tapşırığını yerinə yetirdikdən sonra mina təmizləmə gəmisinə şturman təyin edilir. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edir. Cənubi Saxalin və Kuril adalarını müdafiə etmək üçün xidmət göstərən mina təmizləmə gəmilərində xidmət göstərir. Kuril adalarının Port-Arturun mina əleyhinə müdafiəsi, OxotYapon dənizlərinin, eləcə də LaperuzTatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir.[5]

Sonrakı illərdə redaktə

1948-ci ilin əvvəllərində baş leytenant Qasımbəyov "МТЩ-602" istehkamçı gəmisinin, 1949-cu ilin yazından isə ABŞ istehsalı olan 5 dəstə desant gəmisi və katerlərinin komandiri təyin olunur.[6] 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının istehkamçı gəmirlər divizionunun komandiri vəzifəsinə təyin olunur.[7] 1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunur.[2]

1963-cü ildə isə, keçmiş SSRİ Müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunur. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilir.[2] 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir. 1973-cü ildən 1977-ci ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərmişdir[7].

SSRİ Ali Məclisinin 4 mart 1975-ci il göstərişi ilə kontr admiral Qasımbəyov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib. 1976-cı ildə vitse-admiral rütbəsinə layiq görülür.[6] 1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.[5]

Azərbaycan SSR Ali Sovetinin X çağırışnda deputat seçilib.[8]

PolşaAlmaniya kimi xarici dövlətlərin medalları ilə yanaşı 30-a yaxın medal və ordenlə təltif edilib. 1973-cü ildə SSRİ hərbi dəniz qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif edilib.[9][10][2]

Ailəsi redaktə

Atası Həbib Qasımbəyov Qori şəhərində istehkamçı məktəbini bitirdikdən sonra yolların tikintisində işləməyə başlayıb. Birinci Dünya müharibəsində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Nina Duşinskaya ilə ailə quraraq Bakıya köçüb. Azərbaycan Cümhuriyyəti dövründə sərhəd xidmətində xidmət edib.[6]

Həmid Qasımbəyov Tatyana Sidorova ilə ailə qurub. Bu evlilikdən iki qız və bir oğlanları olub.

Ölümü redaktə

2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]

Xatirəsi redaktə

18 aprel 2018-ci ildə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Baltiysk şəhər Dumasının deputatları tərəfindən Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında əfsanəvi admiralın memorial xatirə lövhəsi qoyulub.[11]

İstinadlar redaktə

  1. Naxçıvan ensiklopediyası (PDF). I. Naxçıvan. 2005. səh. 325. ISBN 5-8066-1468-9. Archived from the original on 2022-03-04. İstifadə tarixi: 2022-06-16.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 2,6 "Vitse-admiral Həmid Qasımbəyov" (rus). seanews.az. 16.05.2021. 18 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  3. "Верностъ адмирала флоту" (rus). 9may.az. 26 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  4. Верностъ адмирала флоту
  5. 5,0 5,1 "Rusiyada büstü qoyulan azərbaycanlı admiral kimdir" (az.). axar.az. 12 iyul 2019. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  6. 6,0 6,1 6,2 "Азербайджан в истории Калининградской области" (rus). bytecity.ru. 27 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  7. 7,0 7,1 "Командиры военно-морской базы Балтийск" (az.). mil.ru. 25 mart 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  8. Итоги выборов и состав депутатов Верховного Совета Азербайджанской ССР, Верховного Совета Нахичеванской АССР деcятого созыва, местных Советов народных депутатов Азербайджанской ССР 1980. Bakı: Azərnəşr. 1982.
  9. Видные азербайджанцы. Bakı. səh. 40.[ölü keçid]
  10. "Биографии участников войны" (az.). wwii-soldat.narod.ru. 17 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.
  11. "Əfsanəvi sərkərdə Həmid Qasımbəyovun xatirəsi Baltik sahillərində əbədiləşdirildi" (az.). araz.az. 8 may 2018. 17 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2022.

Saytda 20 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023