Həmzə Hocagil Haqqinda Melumat - Vikipedia

Həmzə Hocagil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həmzə Hocagil (türk. Hamza Hocagil) — Türkiyəli filoloq, professor.

Haqqında redaktə

Həmzə Bəktaş 23 fevral 1946-cı ildə Malatya Akçadağda, Kotangölü kəndində anadan olmuşdur. Atası bu kəndin imam-camaatı olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Akçadağda, liseyi isə Malatyada oxumuşdur. Daha sonra müəllimlik texnikumunu bitirmişdir. Bundan sonra 1 il Malatyada müəllimlik etmişdir. Daha sonra Ərzurum Universiteti Təhsil Fakültəsinə daxil olmuşdur. 1967-ci ildə buranı bitirmiş və Malatya Darəndədə 3 il müəllimlik etmişdir. Sonra Arquvan ilçəsində müəllmlik etmişdir.

1970-ci ildə Ankara Dil və Tarix-Coğrafiya Fakültəsinin Qədim Yaxın Şərq Dilləri ixtisasına daxil olmuşdur. Və burada prof. Emin Bilgiç, prof. Kamal Balkan və s. müəllimlərdən dərs almışdır. Buranı bitirdikdən sonra isə Ankara Qazi Universitetinə 4 il müəllimlik etmişdir. Yüksək lisansını Ankara Dil və Tarix-Coğrafiya Fakültəsində etmişdir. Sonra Almaniyada Heidelberg Universitetinə daxil olmuşdur. Burada "Nuh Tufanı" mövzusunda doktorluq dissertesiyasını müdafiə etmiş və doktor elmi adını almışdır. Sonra Freiburg Universitetinə daxil olmuş və dosent elmi dərəcəsini almışdır. Sonra Köln Universitetinə daxil olmuşdur. Sonra Türkiyəyə dönmüş və Hikmət Nəşriyyatında fəaliyyət göstərməyə başlamışdır.

Eyni zamanda Boğaziçi Universiteti Arxeometriya İnstitutunda fəaliyyət göstərmiş və Hərb Akademiyasında dərslər keçmişdir.[1]

Mənbə redaktə

İstinadlar redaktə

  1. Apokrifal, səh. 33-34

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024