Həsən Naxçıvani Haqqinda Melumat - Vikipedia

Həsən Naxçıvani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həsən Naxçıvani

Həsən Naxçıvani (tam adı: Şeyx Həsən Səlahəddin Naxçıvani Bulqari;1206, Naxçıvan1298, Təbriz) — alim və mütəfəkkir

Həsən Naxçıvani
Doğum tarixi 1206
Doğum yeri
Vəfat tarixi 1298
Vəfat yeri
İstiqaməti sufilik

Həyatı redaktə

Həsən Naxçıvani 1206-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Geniş biliyə malik şəxsiyyət olmuşdur. 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar. 23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirib. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparıblar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların arasında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi. Şeyx Həsən bulğarların arasında uzun müddət yaşadığı üçün "Bulğari" kimi tanınıb.

Vəfatı redaktə

1298-ci ildə Təbrizdə vəfat edib. Məzarı Sürxab məzarlığındadır.Məzarı üzərində bu sözlər yazılıb:

"  "Bu, qəbir şeyx, alim, arif, tədqiqatçı, aləmin qütbü, peyğəmbərlər varisi, qeybdən danışan, rəhmli Tanrını təcəssüm etdirən, hər iki dünyada Allahın sirrinə vaqif olan, ariflərin yardımçısı, şeyxlər sülaləsinin sonuncusu, haqq, millət və dinin xeyirxahı Həsən ibn Ömər Haxçıvaninin qəbridir. Allah onun qəbrini nurani etsin." " 

Fəaliyyəti redaktə

İrfani fəaliyyəti redaktə

Təsəvvüf təriqətinə meyl göstərmiş, 9 il Volqaboyu bulqar arasında, 3 il Buxarada, 27 il Kirmanda, 1 il Marağada yaşamışdır. Qalan ömrünün isə Təbrizdə keçirmişdir. Təbrizdə Şeyx Həsən Naxçıvani Bulqari və ya Təbrizi kimi tanınmışdır.

Ədəbiyyat redaktə

Tərbiyət M., Danışməndani- Azərbaycan,Bakı.,1987

Mənbə redaktə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 183. ISBN 5-8066-1468-9.

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024