Həsənağa Mustafayev Haqqinda Melumat - Vikipedia

Həsənağa Mustafayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həsənağa Mustafayev

Azərbaycan boyakarı və teatr rəssamı

Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940).

Həsən Mustafayev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr rəssamı
Təhsili Bakı Rəssamlıq Məktəbi (1925),
Moskva Ali Bədii-Texniki Emalatxanası (1931)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Həyatı redaktə

Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir.[1]

Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub.[1]

Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir.[1]

Mükafatları redaktə

Rəssamı olduğu tamaşalar redaktə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar
Tamaşa Müəllif Tarix
Vətən Abdulla Şaiq 1942
Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov 1943
Aydın Cəfər Cabbarlı 1944
Məlik Məmməd Əyyub Abbasov 1944
Aqil və Sərvinaz Əyyub Abbasov 1956
Ana Abdulla Şaiq 1945
Bir saatlıq xəlifə Abdulla Şaiq 1956
Qaraca çoban Əbdüləzəl Dəmirçizadə 1946
Durna qatarı İsgəndər Coşqun 1958
Yanmış planetin sərvətləri Novruz Gəncəli 1963
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar
Tamaşa Müəllif Tarix
Lənkəran xanının vəziri Bəstəkar Niyazi[a] 1939
Malinovkada toy Boris Aleksandrov 1939
Beş manatlıq gəlin Məmməd Səid Ordubadi, Səid Rüstəmov 1940
Evliykən subay Zülfüqar Hacıbəyov 1941
Xəsis qeyd[b] 1958
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar
Tamaşa Müəllif Tarix
Məlik Məmməd Əyyub Abbasov 1946
Rus məsələsi Konstantin Simonov 1946
Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev 1947, 1956
Qərq edilmiş daşlar İlo Mosaşvili 1953
1905-ci ildə Cəfər Cabbarlı 1955
Toy Sabit Rəhman 1955
Çiçəkli dağ Məmmədhüseyn Təhmasib 1956

Qeydlər redaktə

  1. Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında
  2. Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında. Libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif AdıgözəlovRamiz Mustafayev

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Rəhimli, 2017. səh. 62–63

Ədəbiyyat redaktə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
  • "Һ. А. Мустафајев". № 96 (14701). Коммунист. 24 апрел 1971-ҹи ил.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024