Həsənlər Haqqinda Melumat - Vikipedia

Həsənlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həsənlər

Kəlbəcər rayonunda kənd

HəsənlərAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Həsənlər kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Həsənlər
40°05′41″ şm. e. 45°58′06″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Həsənlər xəritədə
Həsənlər
Həsənlər

Toponimikası redaktə

Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə Keşdək kəndindən Qara Həsən adlı bir şəxs (Vəlioğlu kimi də tanınırdı) ona məxsus binə yerində saldığına görə belə adlanmışdır. Hazırda kənddə yaşayan nəsillərdən biri həsənuşağı adlanır. Kəndin ərazisində eyniadlı çay da var.[2]

Coğrafiyası və iqlimi redaktə

Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir.

Yaylaqları redaktə

Məşədi Mikayıl yurdu, Şişqaya yurdu, Qonur yurd, Yal yurdu, Bolbulaq yurdu, Avo yurdu, Çalayurd, Qırmızıqaya yurdu, Məsimqalası yurdu, Sallı yurdu, Əvəlikli yurd, Əyriyurd, Şahsənəm yurdu.

Bulaqları redaktə

İmoyurdunun bulağı, Salehin bulağı, Sallı bulaq, Şişqayanın bulağı, Əlişin bulağı, Ayna bulağı, Abdulla bulağı, Kasa bulağı, Bol bulaq, Çalayurdun bulağı, Pırtpırt bulaq, İsti bulaq, Soyuq bulaq.

Məşhur yerləri redaktə

İmoyurdu, Hüseynalıbiçən, Mamobiçən, Salehbiçən, Çatım, Xasməmmədbiçən, Daşlı güney, Alıbiçən, Cığaluçan, Ortagüney, Başgüney, Armudluq, Məmmədbiçən, Qənşər, Qaraqaya, Böyükyer, Gəzdək, Qaraxal, Danagüneyi, Şamobiçən, Biçənəyin barmaqları, Böyüktap, Məşədi Salmanbiçən, Nazikbarmaq, Zağalar, Qırmızıqundax, Baştap, Ortatap, Ayaqtap, Topdaş.[3]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
  2. Həsənlər // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Həmçinin bax redaktə


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024