Hacı Allahyar ağa Dilbazov Haqqinda Melumat - Vikipedia

Hacı Allahyar ağa Dilbazov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hacı Allahyar ağa Dilbazov

Hacı Allahyar ağa Dilbazov ( ? - 1866-cı il) - Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır.

Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Əbdürrəhman ağa oğlu Dilbazov
Doğum yeri Xanlıqlar, Qazax qəzası
Vəfat tarixi
Vəfat yeri Qazax qəzası Xanlıqlar
Mükafatları |"Anna lenti üzərində gümüş" medalı|

Həyatı redaktə

Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər.

Ailəsi redaktə

Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir. Bu nikahdan olan oğulları - şair Hacırəhim ağa Vəhidi, Paşa ağa, Hacıkərim ağa. Arvadının vəfatından sonra Allahyar ağa Xanlıqlar kəndində çox mötəbər sayılan Qaraxallar nəslindən Eminə adlı bir qızla evlənir. Rəiyyət qızı Eminədən onun dördüncü oğlu Məmmədkərim ağa (Məmmədyar ağa) dünyaya gəlir.

Vəfatı redaktə

Allahyar ağa 1866- cı ildə Xanlıqlar kəndində vəfat etmişdir.

Həmçinin bax redaktə

Mənbə redaktə

Dilbazilər[ölü keçid] Şəmistan Nəzirli Topoqraf Qeneral İbrahim ağa Vəkilov[ölü keçid]

SEYYİD MİR HAMZA NİGÂRÎ’NİN ANADOLU VE AZERBAYCAN’DAKİ DEVAMCILARI

İstinadlar və qeydlər redaktə


Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024