Hacı Mirzə Əli Şəbüstəri Haqqinda Melumat - Vikipedia

Hacı Mirzə Əli Şəbüstəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hacı Mirzə Əli Şəbüstəri

Hacı Mirzə Əli Şəbüstəri (1898, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli Məclisinin sədri[1].

Hacı Mirzə Əli Şəbüstəri
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri

Həyatı redaktə

Hacı Mirzə Əli Şəbüstəri 1898-ci ildə Şəbüstərdə, tacir ailəsində doğulub. Xiyabani hərəkatında iştirak edib. Köhnə demokrat hesab edilirdi. Bir oğlu İran ordusunun kapitanı idi və ölkənin cənubunda xidmət edirdi. Daşınmaz əmlak və bağdan gələn gəliri hesabına yaşayırdı. Təbrizdə "Azadlıq Cəbhəsi"nin sədri idi.

1946-cı ilin aprelin 4-də S.C.Pişəvəri ilə Təbrizdəki Sovet konsulunun növbəti – ikinci görüşü keçirilir. Pişəvəri bu görüşə Sovetlərin mövqeyi ilə yaxından tanış olmaq üçün özü ilə birlikdə Milli Məclisin sədri Hacı Mirzə Əli Şəbüstərini, Daxili İşlər naziri Salamulla Cavidi və ADF rəhbərlərindən Sadıq Padeganı da aparır. Danışıqların növbəti raundunda məqsəd AMH rəhbərliyini Tehranla danışıqlara getməyə razı salmaq idi.

İstinadlar redaktə

Həmçinin bax redaktə

  1. Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 203. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024