Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai Haqqinda Melumat - Vikipedia

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai

Hacı Mirzə Məhəmmədrəfi Mirzə Əliəsgər oğlu Təbatəbai (1838–1909) — İslam alimi, şair, ədib.

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai
fars. محمد رفیع طباطبایی میرزا
Digər adı Nazimülüləma
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Uşağı İclaülmülk
Milliyyəti Türk

Həyatı redaktə

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai Təbriz şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəsgər mustofvi (maliyyə müfəttişi) vəzifəsində çalışmışdı. Oğlu Məhəmmədrəfiyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai bütün elmlərə vaqif olduqdan sonra dini işlərlə ilgilənmişdi. Nazimülüləma ləqəbini daşıyırdı.

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai 1909-cu ildə Təbrizdə vəfat etdi. Qum şəhərində dəfn olundu.

Ailəsi redaktə

Hacı Mirzə Məhəmmədrəfi Təbatəbainin Nəsrulla xan, İclaülmülk, Mirzə Əbdüləli xan, Mirzə Abdulla xan, Fətulla xan, Mirzə Mehdi xan adlı oğlanları vardı.

Şəcərəsi redaktə

Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.

Mənbə redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024