Hadi Rəcəbli Haqqinda Melumat - Vikipedia

Hadi Rəcəbli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.

Hadi Rəcəbli
24 noyabr 1995 – 10 mart 2020
7 dekabr 1983 – 26 noyabr 1988
ƏvvəlkiNurəddin Mustafayev
SonrakıAzər Mustafazadə
bayraq
Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1980 – 1981
ƏvvəlkiƏliddin Qurbanov
SonrakıMirsəmid Abbasov
Şəxsi məlumatlar
Doğum adı Rəcəbli Hadi Musa oğlu
Doğum tarixi 25 oktyabr 1947(1947-10-25)
Doğum yeri
Vəfat tarixi 17 aprel 2024(2024-04-17) (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]

Təltifləri "Şöhrət" ordeni — 2007 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017 "Şərəf nişanı" ordeni — 1986 "Əmək igidliyinə görə" medalı — 1976

Həyatı redaktə

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

17 aprel 2024-cü il tarixində vəfat edib.[1] İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]

Təltifləri redaktə

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Ailəsi redaktə

Evlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.[3]

Mənbə redaktə

Media forum. Hadı Rəcəbli "Şöhrət" ordeni ilə təltif olunub. [ölü keçid]

İstinadlar redaktə

  1. "Hadi Rəcəbli vəfat etdi — Yenilənib". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  2. "Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-04-17. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  3. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024