Hana Poniska Haqqinda Melumat - Vikipedia

Hana Poniska Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922[1]21 avqust 2007[2], Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident.

Hana Poniska
Doğum tarixi 15 iyul 1922(1922-07-15)[1]
Vəfat tarixi 21 avqust 2007(2007-08-21)[2] (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı

Bioqrafiyası redaktə

Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır.

1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır.

1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir. Bu dövrdən etibarən Hana Poniska Yazıçılar Birliyindən çıxarılır. Poniskanın əsərlərinin nəşri qadağan edilir.

1977-ci ildə Vatslav Havel və digər Çexoslovakiya ziyalıları ilə birlikdə "Xartiya 77" İnsan Haqları Manifestosunu imzalayır.

1989-cu ilə qədər fəal dissident olan, Hana Poniskanın mətnləri samizdat və xaricdə nəşr olunur, Azad Avropa Radiosunda səsləndirilir. 1989-cu ilin avqust ayında Hana Poniska Sovetlərin Çexoslovakiyaya hücumunun ildönümündə bir mitinq təşkil etdiyi üçün həbs olunur, lakin noyabr ayında Məxməri inqilab tərəfindən sərbəst buraxılır.

1990-cı ildə Xristian Demokratik Hərəkatın qurucularından biri olur.

Hana Poniska 2007-ci ildə vəfat edir. Doğulduğu Haliç kəndində dəfn edilmişdir[3].

Yaradılıcılığı redaktə

Qana Ponitskaya uşaqlar üçün roman və qısa hekayələrin, yetkinlər üçün film ssenarilərinin müəllifidir. İtaliya, Fransa, MacarıstanAlmaniyadan olan yazıçıların bir sıra ədəbi əsərlərini slovak dilinə tərcümə etmişdir.

Mükafatları redaktə

"Çex Respublikası qarşısındakı xidmətlərinə görə"1-ci dərəcəli medalı (1996)

Ludovit Ştur ordeni, 1-ci dərəcə (2002).

Seçilmiş əsərləri redaktə

  • 1959 — Ábelovský dom
  • 1964 — Prísť, odísť, hekayələri
  • 1968 — Bosými nohami, hekayələri
  • 1974 — Janko Novák
  • 1989 — Lukavické zápisky
  • 1990 — Milan Rastislav Štefánik

İstinadlar redaktə

  1. 1,0 1,1 Evidence zájmových osob StB.
  2. 2,0 2,1 https://www.lemonde.fr/web/article/0,1-0@2-3382,36-948414@51-948547,0.html.
  3. "Hana Ponicka, Slovak Writer Dies at 85". Oklahoman.com (ingilis). 2007-08-22. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024