Hasəki Mehmed Paşa Haqqinda Melumat - Vikipedia

Hasəki Mehmed Paşa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hasəki Mehmed Paşa

Hasəki Mehmed Paşa (ö. iyun 1661) — Sultan İbrahimIV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Hasəki Mehmed Paşa
osman. خاصكى محمد پاشا
ƏvvəlkiXədim Əbdürrəhman Paşa
SonrakıFirari Mustafa Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Hələb əyaləti, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları Gövhərxan Sultan
Aişə Sultan

Həyatı redaktə

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək çuxadar, 1648-ci ildə isə silahdar oldu. 1650-ci ilin iyulunda vəzir rütbəsilə Şam bəylərbəyi, ardından beşinci vəzir olaraq İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 9 sentyabr 1652-ci ildə Misir bəylərbəyi təyin edildi və 1656-cı ilin mayında vəzifədən alınaraq yenidən Şam bəylərbəyliyinə gətirildi. Ancaq həmin ilin sentyabrında bu vəzifəsindən də azad edilərək bir ay sonra Bağdad, 1659-cu ilin sentyabrında isə Hələb bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən sikkənin dəyərinin azaltması səbəbilə əhali ayaqlandı və 1661-ci ilin iyununda üsyançılar tərəfindən qətlə yetirildi.

O, ilk olaraq IV Muradın qızı Gevherhan Sultanla evləndi. Ölümündən bir neçə il sonra Turhan Sultanın qızı Aişə Sultanla evləndi.

Mənbə redaktə

  • Sicill-i Osmani IV, səh. 29

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024