Hayla Haqqinda Melumat - Vikipedia

Hayla Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır.[1]

Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir.

Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.

Ədəbiyyat redaktə

  • A.Məmmədli, “Haylada unudulan tariximiz və təmbur” (2013),
  • M.Allahmanlı, “Xalqın zəngin söz xəzinəsi” (2013).

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024