Helmut Kol Haqqinda Melumat - Vikipedia

Helmut Kol Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[1][2][…]16 iyun 2017[3][1][…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub.

Helmut Kol
alm. Helmut Josef Michael Kohl
Bonn, 1997-ci il
Bonn, 1997-ci il
1 oktyabr 1982 – 26 oktyabr 1998
ƏvvəlkiHelmut Şmidt
SonrakıGerhard Şröder
bayraq
Reynland-Pfaltsın baş naziri
bayraq2
19 may 1969 – 2 dekabr 1976
ƏvvəlkiPeter Altmeyer
SonrakıBernhard Fogel
Şəxsi məlumatlar
Doğum adı Helmut Josef Michael Kohl
Doğum tarixi
Doğum yeri Lüdviqshafen, Veymar Respublikası
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Lüdviqshafen, Reynland-Pfalts, Almaniya
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi, politoloq, Almaniyanın kansleri[d]
Atası Hans Kol
Uşaqları Valter Kol, Peter Kol
Dini katolik
Hərbi xidmət
Döyüşlər

Təltifləri
İmzanın şəkli
helmut-kohl.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.[4].

8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir. Seçdiyi 43 yaşındakı iqtisadçı Mayke Rihter, O 1994-cü ildən 1998-ci ilə qədər Federal Konfransın iqtisadi şöbəsində işləyir. Və Helmut Kol 16 iyun 2017-ci ildə dünyasını dəyişir.[5].

Fəaliyyəti redaktə

Helmut Kol məktəbdə Xristian Demokratik Birliyinə qoşulmuş, 1946-cı ildə doğma Lüdviqshafendə "Gənclik Birliyi"nin həmtəsisçisi kimi fəaliyyət göstərmişdir. Universitetdə təhsil alırkən Helmut Kol siyasətlə məşğul olmağa başlamışdır. 1953-cü ildə Reynland-Pfaltsda Xristian-Demokrat Birliyinin idarə heyətinin üzvü olub, 1954-cü ildə Reynland-Pfaltsda "Gənclik Birliyi" şöbəsinin sədr müavini seçilmişdir, 1955-ci ildə Reynland-Pfaltsda Xristian-Demokrat Birliyinin idarə heyətinə qatıldı. 1959-cu ildə Helmut Kol Lüdviqshafen şəhərində Xristian-Demokrat Birliyi regional şöbəsinin sədri vəzifəsini icra etdi, 1960-1969-cu illərdə Lüdviqshafen şəhər şurasında Xristian-Demokrat Birliyi fraksiyasına rəhbərlik etmişdir. 1963-cü ildə Kol Reynland-Pfaltsını Landtağ şəhər fraksiyanın sədri təyin edilib,

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 Stammdaten aller Abgeordneten des Deutschen Bundestages.
  2. Dr. Helmut Kohl // filmportal.de. 2005.
  3. Altkanzler Helmut Kohl gestorben (alm.). Bild, 2017.
  4. "Мучительная жизнь супруги Гельмута Коля". 2011-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  5. "Умер бывший канцлер Германии Гельмут Коль // Лента. Ру. — 16.07.2017". 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023