Henri Devid Toro Haqqinda Melumat - Vikipedia

Henri Devid Toro Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Henri Devid Toro (12 iyul 1817[1][2][…], Konkord[d], Konkord[d], ABŞ6 may 1862[1][2][…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə KarleylinRussonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.)

Henri Devid Toro
ing. Henry David Thoreau
Doğum adı David Henry Thoreau
Doğum tarixi 12 iyul 1817(1817-07-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 may 1862(1862-05-06)[1][2][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti şair, filosof, esseist, avtobioqraf[d], gündəlik yazıçısı[d], tərcüməçi, yazıçı, təbiətşünas, ətraf mühit fəalı
Əsərlərinin dili ingilis dili
İstiqamət Avropa fəlsəfəsi
Janr transsendentalizm
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosu Henri Devid Toro Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir".

Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi.

Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir.

İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.

ABŞ-də köləliyə qarşı mübarizə aparmış, vətəndaşlıq itaətsizliyi ideyasını irəli sürmüşdür; Con Braunun zənciləri müdafiə etməsini "nəcib şücaət" adlandırmışdı.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Henry David Thoreau // Encyclopædia Britannica (ing.).

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023