Herald adası Haqqinda Melumat - Vikipedia

Herald adası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Herald afasıÇukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir.

Herald adası
Геральд
Ümumi məlumatlar
Sahəsi 11,3 km²
Uzunluğu
  • 9,6 km
Eni 3,6 km
Hündür nöqtəsi 364 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
71°23′00″ şm. e. 175°40′00″ q. u.
Ölkə  Rusiya
Region
  • Çukot Muxtar Dairəsi
Akvatoriya
Herald adası xəritədə
Herald adası
Herald adası
Herald adası xəritədə
Herald adası
Herald adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlim redaktə

İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir.

Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.

Qışda davamlı şaxtalarla müşahidə edilən güçlü şimal küləkləri əsir. Yanvar ayının orta temperaturu −21,3 ºs olur. Ən soyuq temperaturlar fevral-mart ayları müşahidə edilir. Bu ərəfədə temperatur −30 ºs, küləklərin sürəti 40 m/s çatır. İyul ayının orta temperaturu +2 ºs — +2,5 ºs qədər yüksəlir. Rütubətlilik 88 %, illik yağıntının miqdarı 120 mm təşkil edir.

Tədqiqat tarixi redaktə

Herald adası 1849-cu ildə ingilis dənizçisi Henri Kellett (ing. Henry Kellett) Con Franklinin ekspedisiyası (ing. John Franklin) zamanı kəşf edir. Ada ekspedisiya həyata keçirilən gəminin şərəfinə adlandırılır. 1911-ci ildə "Vayaç" paraxodu ilə sahilə yan alınır və sahil ərazilərin şəkili çəkilir.

1914-cü ilin yanvarında Vrangel və Herald adalarının şimalında buzlar arasında sıxılaraq batır. Ekspedisiya üzvlərindən dördü (А. Anderson, Ç. Barker, C. Bredi və А. Colaytli) Herald adasında ölürlər. Onların qalıqları ancaq 1924-cü ildə Lyis Leyn Herman şxununda çıxarılır[1].

1926-cı ildə Q. А. Uşakov Vrangel və Herald adalarına Uzaqkənarispalkomu təyin edilir. Elə bu zaman adada SSRİ-nın bayrağı qaldırılır və abidə ucaldılır.

1935-ci ildə Krasin buzqıran gəmisi ilə adaya yan alınır və adanın xəritəsi hazırlanır, hidroqrafik adalar qoyulur. Hazırkı adlar o zaman qoyulanlardır.

1939-cu ildə naturalis L. А. Portenko М. N. Kaminski ilə birlikdə adanın üzərindən təxminən 2300 m yüksəklikdən təyyarə ilə uçaraq keçmişdir

1976-cı ildə "Vrangel" Dövlət Təbiət qoruğu[2] təşkil edilir. 1977-ci ildə isə adada botanik araşdlrmalar aparılır.

1982-ci ilə adanın şimal hissəsində yerləşən burun hidroqraf V. N. Dmitrinin şərəfinə adlandırılır[3]. Mikoyan körfəsində olan quş yığınları haqqında məlumat toplanılır.

1983-cü ildə ada ətrafının 5 km məsafədə ərazi qorunma ərazi elan edilir.

1985-ci ildə Stavropol buzqıran gəmisinin şərəfinə abidə qoyulur. Adanın səmadan şəkilləri çəkilir. 1986-cı ildə isə ada ətrafı 12 km ərazi mühafizə zolağı elan edilir.

1988-ci ildə adada 41 günlük ekspedisiya fəaliyyət göstərir. Bu zaman burada iki zirvəyə ad verilir: "Kellet" və "Nelson". Bu adalar xəritəyə salınır[4].

1999-cu ildə ada ətrafında 24 millik qoruma zonası yaradılır.

2004-cü ilfən ada UNESCO-nun Ümumdünya irsinə daxil edilmişdir (Vrangel adası ilə birlikdə)[5].

2006-cı ildə Çukot dənizinin şelfinin şəkili çəkilir[6].

Təbiəti redaktə

Arktik səhralar hakimdir. Üstəlik çınqıllı, gilli suxurlar üzərində tundura bitkilərə rast gəlinir[7]. Quş kaloniyalarında bəzən 20 min quş olur[8]. Hər il adada onlarla ağ ayı qışlayır.

Ədəbiyyat redaktə

  • Громов Л. В. Осколок древней Берингии. М., 1960.
  • Минеев А. И. Остров Врангеля. М.; Л., 1946.
  • Пиотрович В. В. Остров Геральда:Научные работы экспедиции на ледоколе "Красин" в 1935 году.-Л.:Главсевморпуть, 1936.-178 с.
  • Советская Арктика (моря и острова Северного Ледовитого океана). М, 1970.
  • Фотообраз острова Геральд… Arxivləşdirilib 2011-11-07 at the Wayback Machine
  • Edward W.Nelson. Ed. by Henry W.Henshaw. "Report upon natural history collections made in Alaska between the years 1877 and 1881" (PDF) (ingilis). Washington, Govt. Print. Off. İstifadə tarixi: 2010-03-15.

İstinadlar redaktə

  1. Disaster: Loss of the Karluk and Wrangel Island. Canadian Museum of Civilization Corporation.October 27, 2003 [1] Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine
  2. "Министерство природных ресурсов Российской Федерации". 2009-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  3. Водопьянов Б. Мыс Дмитриева. Магаданская правда. 12 декабря 1982.
  4. [Придатко-Долин В.] "Год Геральда. Из путевых заметок натуралиста. Авторская рукопись" (PDF) (rus). Моя Арктика...My Arctic-in-Art. 2011-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-01. (#redundant_parameters); (#bad_paramlink)
  5. "First wave of new properties added to World Heritage List for 2004". 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  6. "Экспедиция в Чукотское море на борту МБ "Шуя" (август-октябрь 2006 г.)". 2007-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  7. [Придатко В.И.] "Орнитофауна острова Геральд (Чукотское море)" (PDF) (rus). Вестник зоологии, N3. С.29-34. 2012-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-01. (#redundant_parameters); (#bad_paramlink)
  8. [Придатко В.] "Морские колониальные птицы островов Врангеля и Геральда (экология, охрана)" (PDF) (rus və ingilis). К.: ИЗ АН УССР. 2014-01-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-01. (#redundant_parameters); (#bad_paramlink)

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024