Herman Obert Haqqinda Melumat - Vikipedia

Herman Obert Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[1][2][…], Sibiu28 dekabr 1989[1][2], Nürnberq, Bavariya[3]) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir.

Herman Obert
alm. Hermann Julius Oberth
Doğum tarixi 25 iyun 1894(1894-06-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 dekabr 1989(1989-12-28)[1][2] (95 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Babeş-Boyyay Universiteti[d]
Fəaliyyəti fizik, ixtiraçı, esseist, ssenarist, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir.[4]

İrsi redaktə

1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir. 1963-cü ildən həmin cəmiyyət Obertin adını daşıyır.[4]

İstinadlar redaktə

  1. 1 2 3 4 Hermann Oberth // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 3 4 Prof. Hermann Oberth // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118589229 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Оберт Һерман // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 314.

Xarici keçidlər redaktə


Saytda 182 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024