Heysam ibn Xalid Haqqinda Melumat - Vikipedia

Heysam ibn Xalid Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Heysəm ibn Xalid

(Heysam ibn Xalid səhifəsindən istiqamətləndirilmişdir)

Heysəm ibn Xalid[1]Ərəb Xilafətinin ƏrməniyyəAzərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar.

Heysəm ibn Xalid
861 –  
ƏvvəlkiMəhəmməd ibn Xalid
SonrakıMəhəmməd ibn Heysəm
Şəxsi məlumatlar
Doğum yeri Bərdə
Atası Xalidin ibn Yezid
Uşağı
Ailəsi Məzyədilər

Fəaliyyəti redaktə

Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi.[2][3] Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." [4] Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.[5]

"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:

"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yezid ibn XalidLayzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[6]

İstinadlar redaktə

  1. Qafar CƏBİYEV. "Lahıc: tarixə hörmət, gələcəyə təminat". Xalq qəzeti. 2017-10-13. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  2. Mинopcкий, c.47 Дopн. Oпыт иcтopии, c.542-544
  3. B. B – Бар-тoльд. Шиpвaншax. Coч., т.II, ч.l. M., 1965, c.875.
  4. Mинopcкий, c.82
  5. S. Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 87
  6. S. Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 90

Həmçinin bax redaktə



Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024