Hideki Sirakava Haqqinda Melumat - Vikipedia

Hideki Sirakava Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hideki Sirakava (20 avqust 1936[1][2][…], Tokio) — yapon kimyaçısı, Alan XiqerAlan MakDiarmid ilə birlikdə 2000-ci ildə Polimerdə keçiriliciyin kəşfinə və təkmilləşdirdiklərinə görə Kimya üzrə Nobel mükafatı laureatıdır.[3]

Hideki Sirakava
yap. 白川 英樹
Doğum tarixi 20 avqust 1936(1936-08-20)[1][2][…] (87 yaş)
Doğum yeri
Elm sahəsi kimya
İş yeri
  • Tsukuba Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyat və təhsili redaktə

Hideki Sirakava Tokioda 20 avqust 1936-cı ildə (Yaponiya) hərbi həkim ailəsində anadan olub. Uşaq ikən MançjuoTayvanda yaşayıb. Üçüncü sinifdə oxuyarkən anasının məmləkəti olan Takyamuya (Gifu prefekturasına) köçdü.

1961-ci ildə H. Sirakava Tokio Texnologiya İnstitutunu (Tokyo Tech) kimya mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirmiş, həmçinin 1966-cı ildə Tokiodan doktorluq dərəcəsi almışdır. Bundan sonra o, Tokio Texnologiya İnstitutunun Kimya Resursları Laboratoriyasında assistent vəzifəsini aldı.

Karyerası redaktə

Yaponiyada Tokio Texnologiya İnstitutunda (Tokyo Tech) assistent olarkən H. Sirakava metal görünüşə malik poliasetilen hazırladı. Bu nəticə Alan MakDiarmid 1975-ci ildə Tokyo Tech-i ziyarət edərkən maraqlandı.

1976-cı ildə H. Sirakava Pensilvaniya Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi Alan MakDiarmidin laboratoriyasına dəvət edildi. Onlar amerikalı fizik Alan Xiqerlə birlikdə poliasetilenin elektrik keçiriciliyini öyrəndilər.[4][5]

1977-ci ildə onlar aşkar etdilər ki, yod buxarı ilə dopinqlər poliasetilenin keçiriciliyini artıra bilər. Bu kəşfə görə 2000-ci ildə üç alim kimya üzrə Nobel mükafatına layiq görülüb. Elektrik keçiriciliyinin mexanizminə gəldikdə, burada soliton şəklində qeyri-xətti həyəcanların rol oynadığına inanılır.

1979-cu ildə Sirakava Tsukuba Universitetində dosent oldu və üç ildən sonra tam professor statusunu aldı. 1991-ci ildə unin elmi-texniki şöbəsinin müdiri (1993-cü ilin mart ayına qədər), həmçinin 3 nömrəli qrupun rəhbəri (1997-ci ilin mart ayına qədər) vəzifəsində işləmişdir.

Doğmaları redaktə

Onun qohumu Hitomi Yosidzava "Morning Musume" qız pop qrupunun üzvü idi. Başqa bir qohumu isə yaponiyalı marafonçu və 2000-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Naoko Takahaşidir.

Mükafatları redaktə

  • 1983 il — Polimer Elmləri Cəmiyyəti Mükafatı (Yaponiya)
  • 2000 il — Yaponiya Elmi Təşviq Cəmiyyəti Polimer və Texnologiyada Mükəmməlliyə görə Mükafat
  • 2000 il — Kimya üzrə Nobel Mükafatı
  • 2000 il — Mədəniyyət ordeni
  • 2000-ci ildə Tsukuba Universitetinin fəxri professoru
  • 2001-ci ildə Yapon Kimya Cəmiyyətinin Xüsusi Mükafatı
  • 2001-il Yaponiya Elmlər Akademiyasının üzvü
  • 2006 il — Çjesian Universitetinin fəxri professoru[6]

Ədəbiyyat redaktə

  1. Shirakawa H., McDiarmid A., Heeger A. İyirmi beş illik keçirici polimerlər. // Kimya. Kommun. 2003. S. 1–4.
  2. Zelenin K. N., Nozdraçev A. D., Polyakov E. L. 100 il kimya üzrə Nobel mükafatları. — Sankt-Peterburq: Humanistika, 2003. 872 s.

İstinadlar redaktə

  1. 1 2 Shirakawa Hideki // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Hideki Shirakawa // Brockhauz Ensiklopediyası (alm.).
  3. The Nobel Prize in Chemistry 2000 (англ.). Дата обращения: 8 октября 2009. Архивировано 8 апреля 2012 года.
  4. Shirakawa, Hideki; Louis, Edwin J.; MacDiarmid, Alan G.; Chiang, Chwan K.; Heeger, Alan J. Synthesis of electrically conducting organic polymers: Halogen derivatives of polyacetylene, (CH) x (англ.) // Journal of the Chemical Society (англ.)рус. : journal. — Chemical Society, 1977. — No. 16. — P. 578. — doi:10.1039/C39770000578.
  5. The Nobel Prize in Chemistry 2000: Alan Heeger, Alan G. MacDiarmid, Hideki Shirakawa. Дата обращения: 13 ноября 2017. Архивировано 9 июля 2018 года.
  6. "Arxivlənmiş surət". 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024