Hikone qəsri Haqqinda Melumat - Vikipedia

Hikone qəsri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hikone qəsri (彦根城, Hikone-co?)Yaponiyanın Şiqa prefekturasının Hikone şəhərində yerləşən qəsr. Şiqa prefekturasının ən əhəmiyyətli tarixi abidəsi hesab olunur. Hikone orijinal tenşuya malik 12 yapon qəsrindən və Milli xəzinə elan olunmuş 5 yapon qəsrindən bidir.

Hikone qəsri
yap. 彦根城
Hikone, Şiqa prefekturası  (Yaponiya Yaponiya)
Hikone qəsri (Yaponiya)
Hikone qəsri
TipiAzuçi-Momoyama qəsri
Yer haqqında informasiya
Nəzarət olunurİi klanı (1622–1874)
Yaponiya (1874–hazırda)
Vəziyyətiyaxşı
Tikinti yerinin tarixi
Tikilib1603–1622
İnşaatçıİi Naokatsu
İstifadə illəri1622–1876
Materiallartaxta, daş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Qəsrin hazırkı ərazisində keçmiş dövrlərdə Hoqon məbədi adlı buddist məbədi mövcud idi. Hoqon məbədi 1080-ci ildə tikilmişdir və buddistlər üçün populyar zəvvarlıq yeri idi.[1]

Hikone qəsrinin tikintisinə 1603-cü ildə daymyo İi Naomasanın oğlu İi Naokatsu tərəfindən başladılmışdır. Qəsrin donjonu 1575-ci ildə Otsu qəsrinin bir hissəsi kimi tikilsə də, İi klanı tərəfindən Hikone qəsrinə köçürülmüşdür. Qəsrin digər hissələri isə Naqahama qəsrindən götürülmüşdür.[2] Hikone qəsri 1622-ci ildə tamamlanmışdır. Naokatsunun torpaqları Tokuqava şoqunluğu tərəfindən götürüldüyü üçün qardaşı Naotaka Omi əyalətinə sahib olduqdan sonra keçmiş Savayama qəsrindən topladığı daşlarla Hikone qəsrinin tikintisini tamamlamışdır.

1868-ci ildəki Meyci islahatından sonra bir çox feodal qəsrin məhv edilməsinə qərar verilmişdir. Lakin ərazidə olmuş imperator Hikone qəsrinin saxlanılmasına qərar vermişdir. Hazırda Hikone qəsri ən qədim salamat qalmış yapon qəsrlərindən biridir. Hikone qəsrinin əsas donjonu 1952-ci ildə hökumət tərəfindən Milli xəzinə elan olunmuşdur. Hikone qəsrinin bəzi hissələri də əhəmiyyətli milli-mədəni mülk statusu almışdır: Umaya, Tenbin Yaqura, Taykomon Yaqura və Nişinomaru Sancu Yaqura.[3]

Qalereya redaktə

İstinadlar redaktə

  1. Schellinger, Paul; Salkin, Robert, redaktorlar International Dictionary of Historic Places, Volume 5: Asia and Oceania. Chicago: Fitzroy Dearborn Publishers. 1996. 338. ISBN 1-884964-04-4.
  2. Nagahama Castle Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine
  3. "Hikone Castle". 2016-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.

Xarici keçidlər redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024