Hirkan qovağı Haqqinda Melumat - Vikipedia

Hirkan qovağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.)  Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. [1][2]

Qısa morfoloji təsviri redaktə

Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir. Kənarları bütövdür və ya nisbətən dərin oyuqvari dişlidir. Üst tərəfi yaşıl, alt tərəfi pambığaoxşar bozumtul tükcüklü və ya çılpaqdır. Sırğalarının və qutucuğunun oxu çılpaqdır.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləməsi aprel, meyvəverməsi iyun-iyul aylarına təsadüf edir. Meyvələri avqust –sentyabr aylarında yetişir. Tozlanması –anemofildir. əsasən kök pöhrəlri ilə çoxalır. İşıqsevən, tezböyüyən və istisevən ağac cinsidir. Subtropik zonanın podzollu və podzollu-qlryli torpaqlarının həm suvarma, həm də yeraltı sular vasitəsilə artıq dərəcədə nəm olan yerlərində bitir. Tez böyüyən ağac cinsi kimi oduncaq tədarükü üçün və tarlaqoruyucu meşə zolaqlarının və yaşıllıqların salınmasında istifadə oluna bilər.[3][5]

Yayılması redaktə

Lənkəranın dağlıq hissəsi və Lənkəran ovalığı (Düzən meşələrində, çay sahili boyunca rütubətli dərələrdə bitir).[3][4]

Sayı və tendensiyası redaktə

Ehtiyatı azdır. Lənkəran rayonunun Xanbulaq su anbarı və Hirkan qəsəbəsi yaxınlığında kiçik qrup halında, tək-tək rast gəlinir.

Məhdudlaşdırıcı amillər redaktə

Təbii bərpasının zəif gedir. Oduncağından məişət təsərrüfatında istifadə olunur. 

Mühafizə tədbirləri redaktə

Hirkan Milli Parkında mühafizə olunur. 

İstinadlar redaktə

  1. http://redbook.az/?options=project&id=Hirkan%20qova%C4%9F%C4%B1[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 Azərbaycanın ağac və kolları, 1970
  4. 1 2 Səfərov İ.S., Əsədov K.S., 1984
  5.  Safarov H.M., 2010

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024