Hirokazu Yasuhara Haqqinda Melumat - Vikipedia

Hirokazu Yasuhara Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hirokazu Yasuhara

Hirokazu Yasuhara (弘和安原, Yasuhara Hirokazu?); 12 oktyabr 1965, Yaponiya), həmçinin Kerol Yas (ing. Carol Yas) — Yaponiya geymdizayneri və "Sonic Team" komandasının təsisçilərindən biri. O, "Sonic the Hedgehog" seriyasının Sega Mega Drive/Genesis konsolu üçün satışa çıxarılmış ilk epizodlarında işləmişdir.[1] Yasuhara "Sonic the Hedgehog" videooyun seriyası üzrə 1994-cü ilə qədər işləmişdir. Buna baxmayaraq o, "Sonic 3D", "Sonic X-treme" və "Sonic R" videooyunları üzərində də işləmişdir. 2002-ci ildə o, "Sonic Team" komandasını tərk etmiş və "Naughty Dog" studiyasında işə götülmüşdür. O, "Jak 2" və "Jak 3", eləcə də "Uncharted" seriyasının epizodları üzərində göstərdiyi əməyə görə tanınır. Yasuhara "Namco Bandai Games America" studiyasında baş geymdizayn rejissoru idi. 2012-ci ildən bəri Yasuhara "Nintendo Software Technology" diviziyasında işləyir.[2]

Hirokazu Yasuhara
yap. 安原広和
Doğum tarixi 12 oktyabr 1965(1965-10-12) (58 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti oyun dizayneri[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üzərində işlədiyi oyunlar redaktə

Başlıq İl Rol
Altered Beast 1989 Oyun plançısı
Pyramid Magic 1991 Xüsusi minnətdarlıq
Pyramid Magic Special 1991 Xüsusi minnətdarlıq
Sonic the Hedgehog 1991 Rejissor, oyun plançısı
Fatal Labyrinth 1991 Rejissor, oyun plançısı
Sonic the Hedgehog 2 1992 Rejissor, oyun plançısı
Sonic the Hedgehog 3 1994 Rejissor, baş geymdizayner
Sonic & Knuckles 1994 Rejissor, baş geymdizayner
Sonic 3D 1996 Geymdizayner
Sonic X-treme 1997-ci ildə ləğv olunub Geymdizayner, ssenarist
Sonic R 1997 Araba dizayneri
Sega Smash Pack 2 2000 Xüsusi minnətdarlıq
Floigan Bros.: Episode 1 2001 Geymdizayner
Jak 2 2003 Geymdizayner
Jak 3 2004 Geymdizayner
Jak X: Combat Racing 2005 Geymdizayner
Uncharted: Drake’s Fortune 2007 Geymdizayner
Afro Samurai 2009 Xüsusi minnətdarlıq
Uncharted 2: Among Thieves 2009 Geymdizayner
Pac-Man Party 2010 Baş geymdizayner
Uncharted 3: Drake’s Deception 2011 Geymdizayner
Mario and Donkey Kong: Minis on the Move 2013 Geymdizayner
Mario vs. Donkey Kong: Tipping Stars 2015 Xüsusi minnətdarlıq

İstinadlar redaktə

  1. "75 Power Players". Next Generation (ingilis). Imagine Media (11): 54. noyabr 1995.
  2. Körtis, Tom. "Sonic the Hedgehog co-creator Hirokazu Yasuhara joins Nintendo". www.gamasutra.com (ingilis). Gamasutra. 4 aprel 2012. 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019.

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024