Hissetmə (film, 2007) Haqqinda Melumat - Vikipedia

Hissetmə (film, 2007) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hissetmə (film, 2007)

Hissetmə (ing. Premonition) 2007-ci ildə rejissor Mennan Yapo tərəfindən çəkilmiş, ssenari müəllifinin də Bill Kelli olduğu qorxu, fövqəltəbii və dram janrlı filmdir.

Hissetmə
ing. Premonition
Janr dram
qorxu
fövqəltəbii
Əsas mövzu Proskopiya
Rejissor Mennan Yapo
Prodüserlər Aşok Amritrac
Con Caşni
Adam Şankmen
Cennifer Qibqot
Sunil Perkaş
Nik Hemson
Ssenari müəllifi Bill Kelli
Baş rollarda Sandra Ballok
Culian Makmahon
Kourtney Teylor Burness
Şan Maklure
Nia Lonq
İstehsalçı Hyde Park Entertainment
Offspring
Distribütor Fórum Hungary[d], Netflix
İlk baxış tarixi 16 mart 2007
Filmin növü Bədii film
Müddət 96 dəqiqə
Büdcə 20 000 000$
Gəlir 84.146.832 dollar[1]
Ölkələr ABŞ ABŞ
Dil İngiliscə
Rəng rəngli
IMDb ID0477071

Məzmun redaktə

Linda Henson və Cim Henson 2 qızları ilə birgə xoşbəxt həyat sürürlər. Bir gün Cimin iş ilə əlaqədər olaraq səyahətə çıxdığı gün onun qəzaya uğrayaraq öldüyünü öyrənir. Bundan çox bərk sarsılan Linda anasının dəstəyilə bununla barışır. Lakin səhər oyandığında Cimi səhər yeməyini yediyini görərək şoka düşür. Cim heç nə olmamış kimi ona nə olduğunu soruşur. O isə çaşmış bir halda hər şeyin yolunda olduğunu deyir. Bundan sonra hər oyandığında Cim ya sağdı yada ki, ölü. Qızının üzündəki ləkələr, içdiyi dərmanlar və tanımadığı halda tanıdığı kimi görünən insanlarla tamamən başını itirən Linda sonda hər şeyi kağıza qeyd edərək hansı gündə nə baş verdiyini aydınlaşdırmağa çalışır və hər şeyin başlandığı Ciminin öldüyü günə, hansıkı həmin xatırlamadığı günə gəlir. Yoldaşının ölümünə səbəb olan qəzanı gözlərilə görən Linda böyük zərbə alır. Artıq hər şey öz yerinə oturur. Film Lindanın yataqdan hamilə olduğunu görərək qalxması ilə başa çatır.

Rollarda redaktə

  • Sandra Ballok — Linda Henson
  • Culian Makmahon — Ceyms "Cim" Henson
  • Kourtney Teylor Burness — Bricit Henson
  • Şan Maklure — Meqan Hanson
  • Nia Lonq — Anna
  • Keyt Nelliqan — Coanna
  • Amber Valletta — Kleir Frankis
  • Mark Makaulay — Şerif Reilli
  • Cud Siksolella — Kennedi
  • Piter Stormer — Həkim Norman Rot
  • Mark Famiqlietti — Douq Karuters
  • E.C. Stapleton — Satıcı
  • Matt Mur — Rahib
  • İrene Zeiqler — Quinn
  • MArkus Lile Braon — Bob

Nümayiş redaktə

Film ABŞ-də 12 mart 2007-ci ildə nümayiş olundu. Lakin Norveçdə kinoteatrlarda nümayiş olunmayan film, onun əvəzinə 2 yanvar 2008-ci ildə DVD formatda satışa çıxarıldı.

İstehsal redaktə

Fimin çəkilişlərinin çox hissəsi Luiziananın Minden şəhərində qalan hissəsi isə həmin ştatın Şreveport şəhərinda baş tutub.

Ev üçün buraxılış redaktə

17 iyul 2007-ci ildə filmin DVD diski satışa çıxarıldı.

Gəlir redaktə

Nümayişə başladığı gündən marağa səbəb olan film 7 həftə ərzində Birləşmiş Ştatlarda 47.852.604 dollar, ümumilkdə dünya üzrə isə 84.146.832 dollar gəlir qazanıb.[2]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  2. "Arxivlənmiş surət". 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.

Xarici keçidlər redaktə

HissetməInternet Movie Database saytında.


Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024