Hugenotlar Haqqinda Melumat - Vikipedia

Hugenotlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hugenotlar - Fransada XVI - XVIII əsrlərdə kalvinizm tərəfdarlarını "hugenot" adlandırırdılar.

Fransada hugenotlarla mübarizə aparmaq üçün "Odlu palata" adını alan fövqəladə tribunal yaradılmışdı. Tribunal 3 il ərzində 500 adamı məhkum etmişdi. Şimali Fransanın feodal əyanları və zadəganları başda hersoq Fransua de Giz olmaqla katoliklərin tərəfində idilər. Navarra kralı Antuan Burbon, onun oğlu Henrix və şahzadə Konde, habelə admiral Qaspar de Kolinyi hugenotlara başçılıq edirdilər. Katoliklərlə hugenotlar arasında toqquşmalar 36 il (1562 - 98) davam etdi və tarixə vətəndaş və ya dini müharibələr adı ilə daxil oldu. 1572-ci ildə Varfolomey gecəsində çoxlu hugenot öldürülmüşdür.

Həmçinin bax redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024