Hunter × Hunter personajlarının siyahısı Haqqinda Melumat - Vikipedia

Hunter × Hunter personajlarının siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hunter × Hunter personajlarının siyahısı

Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, KırapikaLeorio Paradinayt ilə tanışır və dostlaşır.

Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir.

Baş rollarda redaktə

Qon Friks redaktə

border=none  Əsas məqalə: Qon Friks
Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese),[1] Elinor Holt (1999 series, English),[2] Megumi Han (2011 series, Japanese),[3] Erica Mendez (2011 series, English)[2]

Qon Friks (ゴン=フリークス, Gon Furīkusu?) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır. Ovçuluq sınağı boyunca isə Killıa Zoldik, KırapikaLeorio Paradinayt ilə dostlaşır. Uğurla lisenziyalı bir ovçu olmasını mütəaqibən Qon və Killıa Vinqdən Neni öyrənirlər. Acgözlük Adası oyununun ilk qaliblərindən olandan və Kimera qarışqalarını dayandırmağa yardım etdikdən sonra atasını tapır. Atasıyla görüşdən sonra isə Qon Balina adasına qayıdır və Mito ilə qalmağa davam edir.

Onun qüsurları öz impulsiv təbiətində və inadkarlığında yatır, çünki Qonun hər şeyi düşünməkdəki uğursuzluğu onu əziyyətə aparır.

Killıa Zoldik redaktə

border=none  Əsas məqalə: Killıa Zoldik
Səsləndirən: Kanako Mitsuhashi (1999 series, Japanese),[4] Annika Odegard (1999 series, English),[2] Mariya Ise (2011 series, Japanese),[3] Cristina Vee (2011 series, English)[2]

Killıa Zoldik (キルア=ゾルディック, Kirua Zorudikku?) Qon Fırikısı ilə Ovçu Sınağında tanış olanda şən, xoşbəxt və dəcəl bir uşaq kimi təqdim olunmuşdu. Onun qətldəki qəddarlığı və bacarığı isə onun digər tərəfini — ölümcüllük, şiddət və qana susamışlığı göstərir. Assassinlərdən ibarət məşhur Zoldik ailəsinin bir fərdi kimi doğumundan bəri bir assassin olmaq üzrə təlim görüb və zəhərə, elektrikə, ümumiyyətlə, ağrıya ekstrem dözümə sahib olmağa şərtləndirilib. Baxmayaraq ki, o, qardaşı İllıminin təsiri altında bir iştirakçını öldürdüyünə görə ilk imtahandan kəsilir, növbəti ilki sınaqda elə ilk cəhddən bütün digər qatılanlara qalib gəldiyi üçün lieenziyasını əldə edir.[ç. 36, 37, 148]

İstinadlar redaktə

Hunter × Hunter manqası redaktə

Bütün seriya

Ayrı-ayrılıqda mövsümlər

Digər istinadlar redaktə

  1. Hodgkins, Crystalyn. "Interview: Junko Takeuchi". Anime News Network. November 1, 2011. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  2. 1 2 3 4 Green, Scott. "Viz Announces "Hunter x Hunter" English Dub Cast". Crunchyroll. March 19, 2016. March 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  3. 1 2 Green, Scott. "Character Design Preview for New Hunter x Hunter Anime". Crunchyroll. August 18, 2011. March 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  4. "Hunter × Hunter character and cast list" (yapon). Nippon Animation. September 25, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 24, 2018.

Saytda 211 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024