Həsən Polatkan Haqqinda Melumat - Vikipedia

Həsən Polatkan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həsən Polatkan (türk. Hasan Polatkan; 1915[4], Əskişəhər16 sentyabr 1961, İmralı, Bursa vilayəti) — Krım tatar əsilli türk siyasətçi və iqtisadçısı.[5]

Həsən Polatkan
türk. Hasan Polatkan
Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə naziri
3 dekabr 1956 – 27 may 1960
Baş nazirAdnan Menderes
ƏvvəlkiNədim Ökmən
SonrakıƏkrəm Əlican
14 dekabr 1950 – 9 dekabr 1955
Baş nazirAdnan Menderes
ƏvvəlkiXəlil Aydın
SonrakıNədim Ökmən
Türkiyə Böyük Millət Məclisinin VIII-XI çağırışları millət vəkili
1946Əskişəhər
1950Əskişəhər
1954Əskişəhər
1957Əskişəhər
22 may 1950[1] – 14 dekabr 1950[1]
ƏvvəlkiRəşad Şəmsəddin Sirər
SonrakıƏhməd Hülusi Köymən
Şəxsi məlumatlar
Doğum tarixi 1915[4]
Doğum yeri
Vəfat tarixi 16 sentyabr 1961(1961-09-16)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Topqapı qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Mehmed Əbdülbari Polatkan[2][3]
Anası Ümmügülsüm Polatkan[2][3]
Həyat yoldaşı Mütapharə Polatkan[2]
Uşaqları Səma Polatkan (1950)[2]
Nilgün Polatkan Atlı (1955)[2]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1950-ci ilin may-dekabr ayları arasında qısa müddətə Əmək və Sosial Müdafiə naziri, 1950-60-cı illərdə isə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə naziri vəzifələrində çalışıb. 27 may çevrilişindən sonra başlayan Yassıada məhkəmələri nəticəsində baş nazir Adnan Menderes və Xarici İşlər naziri Fatin Rüştü Zorlu ilə birlikdə İmralı adasında edam edilib.

Həyatı redaktə

 
Həsən Polatkan 1946-cı ildə

İbtidai və orta təhsilini Əskişəhərdə alan Həsən Polatkan, 1936-cı ildə Siyasi Elmlər Məktəbini bitirib. Elə həmin il Ziraat Bankında müfəttiş köməkçisi kimi işə başlayan Həsən bəy 3 ildən sonra müfəttiş vəzifəsinə təyin olunub.

O, 21 iyul 1946-cı ildə Demokrat Partiyasından (DP) Əskişəhər millət vəkili seçilib. 14 may 1950-ci ildə keçirilən ümumi seçkilərdə yenidən Əskişəhər millət vəkili seçilən Polatkan mayın 22-də Adnan Menderes tərəfindən qurulan ilk hökumətdə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə təyin olundu. Dekabrın 14-də Xəzinə və Maliyyə naziri vəzifəsinə təyin edilən Polatkan, sonrakı dörd Menderes hökumətində də bu vəzifəsini davam etdirdi. Polatkanın dəstəyi ilə həyata keçirilən fiskal siyasətlər yüksək və davamlı inflyasiyaya səbəb oldu. "Sürətli artım" hədəfi ön planda tutulduğu üçün, balanslaşdırılmış büdcə göz ardı edilərək, investisiyaların qəbulu dayandırılmadı. Məqsəd ilk növbədə artan büdcə kəsirlərinin xarici investisayalarla ödənilməsi idi. Lakin hadisələr istədikləri şəkildə irəliləmədiyi üçün, daxili qaynaqlara müraciət etməli oldular. 1955-ci ildən sonra pul təchizatı sürətlə artdı. İnflyasiyaya təkan verən bu tətbiqlər sabit və aşağı gəlirli insanların, hərbi və mülki bürokratların sərt reaksiyasına səbəb oldu. [6]

Haqqında söylənənlər redaktə

Dövrün müxalif yazarlarından Mətin Tokərin redaktoru olduğu "Akis" jurnalının 1955-ci il 1 yanvar tarixli nömrəsində Həsən Polatkan haqqında aşağıdakı fikirlər qeyd olunmuşdu:

Hasan Polatkan zəhmətkeş millət vəkilidir. Onu səhər-axşam saat 8-də kabinetində görmək mümkündür. Demokrat Partiyası hökumətinin büdcəsini yenidən qurmaq o qədər də asan olmadı... Polatkan bu işin öhdəsindən layiqincə gələn hökumətin ən güclü deputatlarından biridir.[7]

Edamı redaktə

27 may çevrilişi zamanı Adnan Mendereslə birlikdə Kütahyada həbs edilərək Yassıadaya göndərildi. Prezident Cəlal Bayar, Baş nazir Adnan Menderes, digər hökumət üzvləri və Demokrat Partiyası millət vəkilləri ilə birgə konstitusiya quruluşunu pozmaq və dəyişdirməyə cəhd etmək cinayətinə görə mühakimə olundu. Ali Məhkəmənin Yassıadada keçirilən məhkəmə prosesinin sonunda o, ölüm cəzasına məhkum edildi. Hökm ertəsi gün İmralı adasında icra edildi.

1987-ci ildə məzarının münasib yerə köçürülməsi haqqında qanun qəbul edildi. 1990-cı ildə qəbul edilən qanunla həsən Polatkanın reputasiyası bütün məhkum edilmiş Demokrat Partiyası üzvləri ilə birlikdə bərpa olundu. Polatkan, Menderes və Fatin Rüştü Zorlunun cənazələri dövlət mərasimi ilə İmralı adasındakı məzarlarından çıxarılaraq 17 sentyabr 1990-cı ildə İstanbulun Topqapı səmtində inşa edilən anıt məzara nəql edildi.

İstinadlar redaktə

  1. 1 2 Sağlık Hizmetinde 25 Yıl. Sosyal Sigortalar Kurumu İstanbul Hastanesi. 16 Ocak 1985.
  2. 1 2 3 4 5 "TÜRK PARLAMENTO TARİHİ - TBMM - IX. DÖNEM 1950 - 1954 VII. CİLT" (PDF). 21 Temmuz 2022 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 "TBMM Albümü 2. Cilt (1950-1980)" (PDF). TBMM Basın ve Halkla İlişkiler Müdürlüğü. 12 Aralık 2017 tarixində arxivləşdirilib (PDF).
  4. 1 2 Hasan Polatkan // Faceted Application of Subject Terminology.
  5. "Anadolu Havalimanı'nın ismi "Hasan Polatkan Havalimanı" oldu". Eskişehir: Kırım Haber Ajansı. 9 Temmuz 2015. 29 Mayıs 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Mayıs 2016.
  6. Nevin Polat (redaktor). "Demokrat Parti dönemi maliye politikası" (PDF). Yıldız Teknik Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi. 3 Haziran 2018 tarixində arxivləşdirilib (PDF).
  7. Akis dergisinin 1 Ocak 1955 Tarihli Sayısı, Metin TOKER

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024