Jak Andre Nejon Haqqinda Melumat - Vikipedia

Jak Andre Nejon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Jak Andre Nejon (fr. Jacques-André Naigeon; 15 iyul 1738, Paris - 28 fevral 1810, Paris) — fransız materialist filosofu və ateisti. Katolik kilsəsinə qarşı mübarizə aparmışdır.

Jak Andre Nejon, rəssam Jan Onore Fraqonarın əsəri

Nejonun dünyagörüşü bilavasitə Didronun təsiri altında təşəkkül tapmışdır. Didro onu "Ensklopediya"da işə cəlb etmişdi. İdrak nəzəriyyəsində Nejon materialist sensualizmə tərəfdar olmuşdur. 1768-ci ildə "Döyüşçü filosof" ("Allahsız əsgər") əsərini nəşr etdirmişdir. Bu əsərdə Nejon sübut edirdi ki, bütün dinlər yalandır, qorxu hissinə əsaslanmışdır. Allah yalnız kölələri qorxutmaq üçün uydurulmuşdur.

Nejon Holbaxın "Təbiətin sistemi" əsərinin redaktəsində iştirak etmiş və onunla birlikdə "Cib ilahiyyatı" lüğətini yazmışdır.

Ən Son Axtarılanlar

eDiff5864850
Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024