Jalə Əhmədova Haqqinda Melumat - Vikipedia

Jalə Əhmədova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Jalə Əhmədova

deputat

Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,[1]Dünya Alpaqut Federasiyasının Prezidenti,[2][3] Azərbaycan Autizm Assosiasiyasının Prezidenti,[4] Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paralimpiya komitəsinin idarə heyətinin üzvü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin Fəxri üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir, hüquq elmləri magistrı.

Jalə Əhmədova
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 59 saylı Salyan
ƏvvəlkiƏliağa Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1981(1981-04-23) (42 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

  • Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub.
  • Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib.
  • Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib.
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib.
  • Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.[5]
  • Ehtiyatda olan zabitdir.

Ailəsi redaktə

Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. Ailəlidir, 2 övladı var.

İctimai-siyasi fəaliyyəti redaktə

  • 2018-ci ildə "Wing Chun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və vitse-prezidenti.[4][6].
  • 12 aprel 2022-ci il tarixində Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədar "Wing Chun" Döyüş Sənəti Federasiyasının vitse-prezidentliyindən istefa verib.[7]
  • 2022-ci il — Türk Dövlətləri Autizm Federasiyasının baş katibi.
  • 2022-ci il — Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının Prezidenti.[3][8]
  • 2023-cü il — Paraolimpiya komitəsinin İdarə heyətinin üzvü.
  • 2023-cü il — Azərbaycan Autizm Assosiasiyasının Prezidenti.
  • 2023-cü il — "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İçtimai Birliyin İdarə heyətinin fəxri üzvü.
  • 2024-cü il - Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin Fəxri üzvü.

Milli Məclis redaktə

  • Jalə Əhmədova 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı seçilib.[9]
  • İnsan hüquqları komitəsinin üzvüdür.
  • Gənclər və idman komitəsinin üzvüdür.
  • Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür.
  • Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvüdür.
  • Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[10]

İstinadlar redaktə

  1. "Əhmədova Jalə Fərhad qızı (Deputat)". Meclis.gov.az. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  2. "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı". bizim.media. 23 sentyabr 2022 tarixində arxivləşdirilib.
  3. 3,0 3,1 "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  4. 4,0 4,1 "JALƏ ƏHMƏDOVA – VİTSE PREZİDENT" (az.). wing-chun.az. 2020-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  5. "Deputatlığa namizəd Əhmədova Jalə Fərhad qızının tərcümeyi-halı" (az.). aqreqator.az. Archived from the original on 2020-02-17. İstifadə tarixi: 2020-02-04.
  6. ""Vətən müharibəsində xalqımız milli birliyin gücünü bütün dünyaya nümayiş etdirə bildi"" (az.). azerforum.com. 04.10.2021. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2021.
  7. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  8. "Dünya Alpaqut Federasiyasının III Qurultayı". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  9. "Mərkəzi Seçki Komitəsi — Jalə Əhmədova". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.
  10. "Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu". Meclis.gov.az. 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023