Jan-Fransua Mille Haqqinda Melumat - Vikipedia

Jan-Fransua Mille Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Jan-Fransua Mille

Jan-Fransua Mille (fr. Jean-François Millet, 4 oktyabr 1814 — 20 yanvar 1875) — fransız rəssamı, Barbizon məktəbinin əsasını qoyanlardan biridir.

Jan-Fransua Mille
Jan-Fransua Mille
Doğum tarixi
Doğum yeri Qrüşi, Şerbur yaxınlığında
Vəfat tarixi (60 yaşında)
Vətəndaşlığı Fransa Fransa
Fəaliyyəti rəssam, qravüraçı[d], memarlıq çertyojçusu[d], fotoqraf, qrafika ustası[d]
Təhsili
Janr realizm
Təsir edib Sobeslav Pinkas
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri
atelier-millet.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya redaktə

Mille La-Manş körfəzinin sahilində Şerburq-Oktevil yaxınlığında yerləşən balaca Qrüşi kəndində varlı kəndli ailəsində anadan olub. Onun rəssamlıq qabiliyyəti ailəsi tərəfindən tanrı vergisi kimi qarşılanmışdı. Valideynləri onu pulla təmin etdilər və rəssamlıq dərsi almağa icazə verdilər. 1837-ci ildə o Parisə gəldi və iki il rəssam Pol Delaroşun (17971856) emalatxanasında rəssamlıqla məşğul oldu. 1840-cı ildən gənc rəssam işlərini Salonda nümayiş etdirməyə başladı.

1849-cu ildə rəssam Barbizona köçdü və ömrünün sonuna qədər orada yaşadı. Kəndli həyatı və təbiət mövzusu Mille üçün əsas təsvir vasitəsinə çevrildi. Özü barədə Mille deyirdi — «Mən kəndçiyəm və kəndçidən artıq heç nə deyiləm».  

 
«Sünbül yığanlar»

Kəndli zəhmətinin ağırlığı, onların yoxsulluğu və itaətkarlığı öz əksini Sünbül yığanlar rəsmində tapmışdır (1857-ci il). Zəminin fonunda qadın fiqurları başlarını sanki səcdə edirlərmiş kimi tam aşağı əyiblər. Ancaq belə onlar biçindən sonra qalan sünbülləri yığa bilirlər. Bütün rəsm əsəri günəş və havayla doludur. Rəsm publika və tənqidçilərdən müxtəlif qiymətlər aldı bu hal rəssamı müvəqqəti olaraq kəndli məişətinin daha poetik tərəflərinə müraciət etməyə məcbur etdi.

«Anjelus» (1859-cu il) rəsmi göstərdi ki, Mille işlərində incə emosional qayğıları təsvir etməyə qadirdir. Zəmidə iki tənha fiqur donmuş halda dayanmışdır - axşamçağı kilsə zənginin səsini eşidən ər və arvad sakitçə ölənlərin ruhu üçün dua edirlər. Batmaqda olan günəşin şüaları ilə işıqlanan peyzajın solğun qəhvəyi tonları sükut təəssüratı yaradır.

Mille 20 yanvar, 1875-ci ildə vəfat etmişdir.

 
«Anjelus»

Millenin rəsmlərinin qalereyası redaktə

İstinadlar redaktə


Saytda 21 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024