Jan Pol Sartr Haqqinda Melumat - Vikipedia

Jan Pol Sartr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre; 21 iyun 1905[1][2][…], Paris[5]15 aprel 1980[1][3][…]) — XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri. Sartr ekzistensializm (və fenomenologiya) fəlsəfəsinin əsas simalarından biri idi. Onun yaradıcılığı sosiologiyaya, tənqidi nəzəriyyəyə, post-müstəmləkə nəzəriyyəsinə və ədəbiyyatşünaslığa təsir göstərmişdir və etməkdə davam edir. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmişdir.

Jan Pol Sartr
fr. Jean-Paul Sartre
Doğum adı Jean-Paul Charles Aymard Sartre[4]
Doğum tarixi 21 iyun 1905(1905-06-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 aprel 1980(1980-04-15)[1][3][…] (74 yaşında)
Vəfat səbəbi şiş
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d][6]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti dramaturq, epistemoloq, roman yazıçısı, ssenarist, bioqraf, ədəbiyyat tənqidçisi, esseist, müqavimət döyüşçüsü[d], siyasi publisist[d], yazıçı, filosof, sülh aktivisti, publisist, intellektual, sosioloq, meteoroloq, söz yazıçısı[d]
Əsərlərinin dili fransız dili
İstiqamət Ekzistensializm, ateizm, fenomenologiya, marksizm, Qitə fəlsəfəsi
Üzvlüyü
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına — Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi.

1920-ci ildə Parisə qayıtdıqdan sonra IV Henrix liseyində təhsilini davam etdirmişdi. İlk şeirləri də həmin dövrdə mətbuatda dərc olunmuşdu. Jan-Pol Sartr 1929-cu ildə Ekol Normal Süperyeri birinci dərəcəli diplomla başa vurmuşdu. Bu, lisey və universitetlərdə müəllimlik hüququ verirdi.

Hərbi xidmətdən sonra o, Qavr liseyində çalışmış, 1933–1934-cü illərdə isə Almaniyada, Edmund Qussler və Martin Haydegger kimi tanınmış filosofların yanında təcrübə keçmişdi. 1937-ci ildən etibarən müəllimlik fəaliyyətini Parisdə davam etdirməyə başlamışdı.

İlk bədii əsərini – "Ürək bulanması" romanını Sartr həyatının Qavr dövründə yazsa da, yalnız 1938-ci ildə nəşr etdirmişdi. Eyni ildə "Nuvel Revyü Fransez" dərgisində "Divar" novellası çap olunmuşdu. Hər iki əsər Fransada yekdilliklə ilin kitabı nominasıyasının qalibi adını qazanmışdı.

İkinci Dünya müharibəsinin başlanmasını və Fransanın işğalını bir çox həmvətənləri kimi Sartr da şəxsi faciəsi kimi yaşamışdı. Görmə qabiliyyətinin zəifliyi səbəbindən o, döyüşən orduda deyil, meteoroloji hərbi hissədə xidmət edirdi. Alman hərbi birlikləri Parisə daxil olarkən yazıçı əsir alınmış, bir müddət Trir yaxınlığındakı həbs düşərgəsində saxlanmışdı. Yalnız 1941-ci ildə həbsdən qurtarıb Parisə qayıda bilmişdi. Təbii ki, müharibə dövründə siyasət Jan-Pol Sartrın həyatında daha önəmli yer tutmuşdu. O, birbaşa Müqavimət hərəkatı sıralarına qatılmasa da, bu hərəkata yardım cəmiyyəti təşkil etmişdi. Alber Kamyu ilə ilk tanışlıqları da həmin cəmiyyətdə olmuşdu.

Müharibə illərində müəllif özünün "Milçəklər" (1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini, habelə iri həcmli "Mövcudluq və heçlik" (1943) fəlsəfi traktatını qələmə almışdı. Yaradıcılığı ilə yaşamını təmin edə bildiyindən pedaqoji fəaliyyətdən birdəfəlik uzaqlaşmağa qərar vermişdi. "Milçəklər" pyesində Sartr Orest haqqındakı qədim yunan mifinə əsaslanaraq dünyada obyektiv əxlaqın mövcud olmadığı, buna görə də insanların sərbəst seçim haqqını özlərində saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. İşğal altındakı Fransada bu sərbəst seçim faşizmə qarşı mübarizə idi. Almanlar bunu başa düşəndən sonra pyesin tamaşasını qadağan etmişdilər. Sartrın "Mövcudluq və heçlik" kitabı yazıldığı dövrdən ekzistensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməxsus Bibliyasına çevrilmişdi.

Müharibənin sonuna doğru Jan-Pol Sartr artıq ekzistensialistlərin tanınan və hamı tərəfindən qəbul edilən lideri idi. İnsan seçiminə və azadlığına böyük önəm verən bu fəlsəfi təlimin populyarlığı həm də onun Müqavimət hərəkatı ilə bağlılığında idi. Fransız cəmiyyətinin müxtəlif təbəqələri arasında əməkdaşlıq və ümumi düşmənə qarşı birgə mübarizə fəlsəfəsi olan ekzistensializm əsasında intellektualları birləşdirməyə, yeni mədəniyyət yaratmağa böyük ümidlər vardı.

Sartr həm bədii yaradıcılıq, həm də fəlsəfə sahəsində eyni həvəs və intensivliklə çalışırdı. Bu mənada "Çirkli əllər" (1948), "Azadlığın yolları" (1945–1949) pyesləri əslində fəlsəfi təlimi bədii obrazlar vasitəsilə şərh etmək cəhdi idi. Ampluasını daha da genişləndirən Sartr eksiztensializm prinsiplərini bioqrafik janra tətbiq edərək Şarl Bodler (1947) və Jan Jen (1952) kimi məşhur həmvətənlərinin həyat və yaradıcılıqlarını tədqiq etmişdi.

Marksizm təlimi Sartrı 40-cı illərdən maraqlandırırdı. 1944-cü ildə onun rəhbərliyi ilə aylıq "Les Temps Modernes" jurnalı təsis olunduqdan sonra ədəbi və ictimai problemlərin marksizm nöqteyi-nəzərindən işıqlandırılması yeni nəşrin əsas mövzusuna çevrilmişdi. Sonrakı onillikdə isə Sartr ədəbiyyat, teatr, etika ilə bağlı məsələlərdə marksizmin açıq təbliğatçılarından biri kimi tanınmağa başlamışdı. Kamyu ilə ziddiyyətlərinin və ayrılmalarının əsasında da marksizmə münasibət dayanmışdı. Təkamül, liberalizm və demokratiya təbliğ edən Kamyudan fərqli olaraq Sartr inqilabi dəyişikliklərdən qaçmağı humanizm ideallarına xəyanət kimi qiymətləndirirdi. Müəllif "Dialektik zəkanın tənqidi" əsərində (1960) marksizmlə ekzistensializmi barışdırmağa cəhd göstərmişdi. Onun fikrincə, "fərdi azadlıq vasitəsilə marksizmi xurafatdan xilas etmək, marksizm vasitəsilə ekzistensializmi fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək" mümkündür.

Jan-Pol Sartr 1964-cü ildə "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü. Lakin müəllif könüllü şəkildə mükafatı almaqdan imtina etmişdir (ondan əvvəl Boris Pasternak da bu addımı atmışdır). İsveç Akademiyasına ünvanladığı məktubda Jan-Pol Sartr yazırdı: "Mənim öz əsərlərimi sadəcə "Jan-Pol Sartr" və "Nobel mükafatı laureatı Jan-Pol Sartr" kimi imzalamağım tamamilə fərqli anlayışlardır. Yazıçı hətta ən şərəfli şəkildə də olsa, öz adının ictimai institut adına çevrilməsinə imkan verməməlidir". Başqa sözlə desək, Sartr Nobel laureatı adının onun radikal siyasi fəaliyyətinə maneəçilik törədəcəyini düşünərək bu qərarı vermişdi.

Nobel Komitəsinin üzvü Lars Qollerstenin yazdığına görə Sartr sonralar qərarını dəyişmiş, 1975-ci ildə Komitəyə müraciət edərək diplom və medaldan imtina şərti ilə pul mükafatını almaq niyyətində olduğunu bildirmişdi. Lakin həmin məbləğ artıq Nobel fonduna qaytarıldığından yazıçının istəyi reallaşmamışdır.

Sartr heç zaman Kommunist partiyasının üzvü olmasa da, 1956-cı il Macarıstan hadisələrinə qədər sosializmə rəğbətlə yanaşırdı. Böyük millətçilik düşüncəsindən uzaq olması nəticəsində o, "Alton rahibləri" (1960) pyesində Fransanın Əlcəzairdəki müstəmləkə siyasətini faşist Almaniyasının bəşəriyyətə qarşı çevrilmiş cinayətləri ilə eyniləşdirmişdi. O, Amerikanın Vyetnama hərbi müdaxiləsini pisləmiş, görkəmli filosof, Nobel laureatı Bertran Rassellə birlikdə Vyetnamdakı ABŞ cinayətlərini araşdıran komissiya yaradılmasını ("Rassel Tribunalı") tələb etmişdi. Kuba inqilabını alqışlayan Avropa intellektualları arasında Jan-Pol Sartr da vardı. O, 1960-cı ildə Havanada olmuş, Fidel KastroÇe Gevara ilə görüşmüş, xüsusən sonuncu haqqında hərarətli sözlər yazmışdı. Lakin bu, sonralar müəllifə Kuba inqilabçılarına münasibətini dəyişməyə mane olmamışdı.

Paris tələbələrinin 1968-ci ildəki nümayişi Sartrın simasında özünün güclü və nüfuzlu tərəfdarlarından birini tapmışdı. Nümayiş zamanı iştirakçıların çoxu ilə birlikdə Sartr da polisə müqavimət bəhanəsi ilə saxlanmışdı. Fransanın o zamankı prezidenti Şarl de Qoll məsələdən xəbər tutan kimi işə qarışmış, yazıçıdan şəxsən üzr istəmiş, polis rəhbərliyinə isə "Siz Volteri həbs edə bilməsziniz!" — demişdi.

Həyatının son illərində qloukoma xəstəliyi nəticəsində görmə qabiliyyətini demək olar ki, tamam itirən Jan-Pol Sartr tənha həyat yaşamış, siyasi proseslərin passiv müçahidəçisinə çevrilmişdi. Onun tənhalıq həyatının çətinliklərini yalnız altmış illik rəfiqəsi, yazıçı və tərcüməçi Simona Bolivarla ünsiyyət asanlaşdırırdı.

Fransız filosofu Lui Altyusser Sartrın ölümündən sonra "O, bizim Jan Jak Russomuz idi" — demişdi. "Mond" qəzeti isə yazıçının vəfatı münasibətilə çap etdiyi nekroloqda "XX əsrdə heç bir fransız intellektualı, heç bir Nobel mükafatı laureatı cəmiyyət həyatına Sartr qədər dərin, uzun müddətli və geniş təsir göstərə bilməmişdir" — sözlərini yazmışdı.

Əsərləri redaktə

  1. Kamilliyin yaşı (1945)
  2. Möhlət yaxud Yaşanmayan zaman(1945)
  3. Problemli yuxu (1949)
  • Hörmətli fahişə (1946)
  • Çirkli əllər (1948)
  • Şeytan və Yaxşı Hökmdar (1951)
  • Altona Məhkum Edilmişlər (1959)
  • Sözlər (1963)

Fəlsəfi və nəzəri əsərləri redaktə

  • Eqonun Aşılması (1936)
  • Duyğular nəzəriyyəsi üçün eskiz (1939)
  • Təxəyyül (1940)
  • Varlıq və Heçlik (1943)
  • Ekzistensializm humanizmdir (1946)
  • Metodun problemləri (1957)

Siyasi əsərləri redaktə

  • Yəhudi məsələsinə dair düşüncələr (1944)
  • Soyqırıma dair (1968)
  • Əxlaqdan məhrum dövr
  • Kommunist partiyasının yol yoldaşı
  • Sol radikallıq və qeyri-leqallıq
  • Andreas Baaderin asta ölümü
  • Fransadakı Maoistlər

Tənqidi əsərləri redaktə

İstinadlar redaktə

Mənbə redaktə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər redaktə


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023