Junlar Haqqinda Melumat - Vikipedia

Junlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Junlar (çin. 西戎 "Batılı savaşçı insanlar") — əsasən qədim Çinin batısında və ətrafında yaşamış prototürk xalq. Çin tarixi ənənəsinə görə quyfan, jun, di,[1] hunyü, hiyenyünhun adları eyni xalqın adlarıdır.[2][3] Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di[a]hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır.[5][6][7] Junlar, Şan sülaləsi dövründən (e.ə. 1765-1122)[8] tanınırdılar.

Tarixi redaktə

Tibetdən şərqdə iki xalq — qoyunlara çobanlıq edən kyanlar və əkinçiliklə məşğul olan junlar yaşayırdı. Qədim dövrlərdə onlar iki müxtəlif xalq idi, hazırda isə hər ikisinin nəslindən olanları tibetlilər hesab edirlər.

Kyanların varisləri olan nqoloklar bu günədək Amdo dağlarında köçəri kimi yaşayırlar, tibetlilər isə bizim eranın əvvəlinə qədər kyanlardan ayrılmış botlardır, onlar junlardan əkinçilik vərdişlərini götürərək Tsanpo (Brahmaputra) vadisinə köçdülər və burada Tibet mədəniyyəti və dövlətinin yaratdılar.

Tibetlilərin əcdadı olan junlar da həmçinin çinlilərlə piyada kimi vuruşmuşlar və çox vaxt qələbə qazanmışlar.

Qeydlər redaktə

  1. Sinoloq Ulrix Teobald, quyfanları məhz qırmızı dilərlə əlaqələndirir.[4]

Xarici keçidlər redaktə

  1. Old Text Bamboo Annals. "Wu Yi" Arxivləşdirilib 2022-11-30 at the Wayback Machine quote: "三十五年,周王季伐西落鬼戎,俘二十王。"
  2. Book of Jin "Vol. 97, section Northern Di" Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine quote: "匈奴之類,總謂之北狄。…… 夏曰:薰鬻,殷曰鬼方,周曰獫狁,漢曰匈奴。"
  3. Taskin V.S., "Materials on history of nomadic tribes in China 3rd-5th cc", Issue 3 "Mujuns", "Science", Moscow, 1992, p.10, ISBN 5-02-016746-0
  4. Theobald, U. (2012) Di 狄 Arxivləşdirilib 2021-12-27 at the Wayback Machine ChinaKnowledge.de - An Encyclopaedia on Chinese History, Literature and Art
  5. Taskin V.S., "Materials on history of nomadic tribes in China 3rd-5th cc", Issue 3 "Mujuns", p. 10
  6. Wang Guowei, "Guantang Jilin" (觀堂集林, Wang Guowei collection of works), Ch.2, Ch. 13
  7. Taskin V.S., 1968, "Materials on history of Sünnu", "Science", Moscow, p.10
  8. Waugh, Daniel C: Professor. "Silk Road Texts" Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine. University of Washington. İstifadə tarixi: 20 aprel 2014.

Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024