Jurnalistlər üçün hərbi məlumat kitabı Haqqinda Melumat - Vikipedia

Jurnalistlər üçün hərbi məlumat kitabı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Jurnalistlər üçün hərbi məlumat kitabı

Jurnalistlər üçün hərbi məlumat kitabı — jurnalistlər üçün nəzərdə tutulmuş məlumat kitabı. Tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir. Kitabın redaktoru Cavid İsmayıldır.

Jurnalistlər üçün hərbi məlumat kitabı
Jurnalistlər üçün hərbi məlumat kitabı
Müəlliflər Rəşad Süleymanov və Ramil Məmmədli
Janr Hərbi terminalogiya
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 2009
Tərtibat Rəşad Süleymanov və Ramil Məmmədli.
Tiraj 1000

Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib.

Mənbələr haqqında redaktə

Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib.

Kitabın tərtibçiləri Rəşad Süleymanov və Ramil Məmmədov, redaktoru Cavid İsmayıldır. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb. 1000 ədəd tirajla nəşr olunan kitabça jurnalistlər arasında pulsuz paylanmışdır.

"Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi" layihəsi redaktə

"Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi" adlı layihəsi çərçivəsində APA İnformasiya Agentliyinin veb-saytında 3 dildə-Azərbaycan, ingilis və rus dillərində "Hərbi" bölməsi yaradılıb, hərbi vətənpərvərlik mövzuları üzrə 12 debat keçirilib. Debatlar APA-nın saytında yayımlanıb.

Mənbə redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024