Könül Xasıyeva Haqqinda Melumat - Vikipedia

Könül Xasıyeva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Könül Xasıyeva

müğənni

Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti

Könül Xasıyeva
Ümumi məlumatlar
Doğum tarixi 17 mart 1968(1968-03-17) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1981–h.h.
Janr Muğam ifaçısı
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı redaktə

Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.

Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[1]

Karyerası redaktə

Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.

Mükafatları, təltifləri və fəxri adları redaktə

  1. "Azərbaycan Bayrağı" ali diplomu
  2. "Ustad Sənətkar" media mükafatı
  3. "Qızıl Qələm" media mükafatı
  4. "Azərbaycan Respublikasının əməkdar artisti"[2]
  5. Azərbaycanın xalq artisti — 2014[3]
  6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[4]

İstinadlar redaktə

  1. "Əməkdar artistlər YAP-a üzv qəbul edildi". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-03.
  2. Azərbaycan Respublikası prezidentinin 24.12.2002-ci il tarixli, 826 nömrəli fərmanı
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli, xxxx nömrəli Sərəncamı Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine  (az.)
  4. "Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb". 2018-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.

Ən Son Axtarılanlar

Ä°sveçli_şairlər Fayl:The_use_of_intelligruce_tests_as_a_basis_of_school_organization_and_instruction_(IA_useofintell Fayl:The_Engineering_and_Mining_Journal_1909-07-24-_Vol_88_Iss_4_(IA_sim_engineering-and-mining-jour Fayl:An_Illustration_of_The_Allegory_of_the_Cave,_from_Plato’s_Republic.jpg Fayl:A_bill_to_amrud_the_Public_Health_Service_Act_to_revise_and_exenud_the_bone_marrow_donor_progra Fayl:Annals_of_Iowa_(IA_annalsofiowa09howe_0).pdf KitabMənbələri9780852168875 Fayl:Bundesarchiv_Bild_101I-748-0093-23,_Russland,_Walter_Hoernlein,_Hermann_Hoth.jpg Fayl:A_proposal_for_the_establishmrut_of_a_provincial_law_crutre_in_Ontario_(IA_mag_00046049).pdf kinoizleneveroyatnye-priklyucheniya-italyancev-v-rossii-1974-hdrip-10217-tr-dublaj-izle.html Fayl:WMBE-pedia_Préstrtation_générique_de_base.pdf KitabMənbələri978-1-84951-030-1 Fayl:WMBE-pedia_Présrutation_générique_de_base.pdf Fayl:WMBE-pedia_Présaztation_générique_de_base.pdf xebernar-quot-yasat-quot-fondu-ile-birlikde-sehid-aileleri-ve-qazilere-novruz-sovqatlari-teqdim-edi Fayl:State_2008-02-_Iss_520_(IA_sim_state-magenine_2008-02_520).pdf Fayl:State_2008-02-_Iss_520_(IA_sim_state-magtrine_2008-02_520).pdf Fayl:State_2008-02-_Iss_520_(IA_sim_state-magruine_2008-02_520).pdf Fayl:The_Bible,_or_the_Church_(microform)._A_discourse_on_the_new_aspect_of_the_conruoversy_between_ Fayl:Polyglot_reader,_and_guide_for_translation_-_consisting_of_a_series_of_English_extracts,_with_t
Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024