Kövsəri Haqqinda Melumat - Vikipedia

Kövsəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri.

Kövsəri
Əqil Kövsəri Ərdəbili
Doğum tarixi XVI əsr
Doğum yeri Ərdəbil
Vəfat tarixi XVII əsr
Vəfat yeri İsfahan
Fəaliyyəti şair
Əsərlərinin dili fars dili
Janr məsnəvi
İlk əsəri Şirin və Fərhad
Leyli və Məcnun

Həyatı və yaradıcılığı redaktə

Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad[1] poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır:

"  “Kövsəri Ərdəbildəndir, sufiməniş və dərvişməsləş olub nüqtəvilər təriqətinin banisi Mahmud Pəsxani Gilalinin canişinlərindən biridir.” [2] " 

Tədqiqi redaktə

Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.[3]

Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.[4]

İstinadlar və Qeydlər redaktə

  1. AMEA Əlyazmalar İnstitutunda Kövsərinin "Şirin və Fərhad" poemasının iki əlyazma nüsxəsi saxlanılır.
  2. M. Tərbiyət - Daneşməndane-Azərbaycan, Tehran, 1314, səh. 316
  3. Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 312-314
  4. R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975.

Ədəbiyyat redaktə

  • Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970
  • R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975

Xarici keçidlər redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024