Külüs nekropolu Haqqinda Melumat - Vikipedia

Külüs nekropolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Külüs nekropolu

Külüs nekropoluNaxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə.

Tarixi-coğrafi mövqeyi redaktə

Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyni adlı çayın sol sahilində yerləşir.

Tədqiqi tarixindən redaktə

Abidə 1976-cı ildə V.H.Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D.A.Axundov da məlumat vermişdir. 1990-cı ildə V.B.Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı.

Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri redaktə

Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır. Aşkar edilmiş gil məmulatı Kolanı, Sarıdərə, Kükü materialları ilə oxşar olub e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aiddir.

Əhəmiyyəti redaktə

Mənbə redaktə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024