Küp qəbir Haqqinda Melumat - Vikipedia

Küp qəbir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır.

Küp qəbir. Azərbaycan Tarix Muzeyi.
Küp qəbir. Azərbaycan Tarix Muzeyi (Qəbələ rayonundan tapılmışdır).

Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya[1], Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur.

Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupiaravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər[2].

Küp qəbir təcrübəsi Laosda hələ qədim dövrlərdə məlum idi, belə ki, oradakı Küplər vadisində çoxlu sayda küp qəbirlər aşkar olunmuşdur.

Myao tayfasının qızları Küplər vadisində

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Обермайер Г., Доисторихесский человек. Спб, 1913, ст. 570-572
  2. Karsten R., Civilization of the South American Indians. London. 1926

Ədəbiyyat redaktə

  • Куфтин Б. A., Мат-лы к археологии Колхиды, т. 1-2, Тб., 1949-50.
  • Schmidt Eric f. Anatolia through the ages. Discoveries at the Alischar mount 1927-29. The University of Chicago press. Chicago, Illinois, 1931

Xarici keçidlər redaktə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024