Kürdəxanı Haqqinda Melumat - Vikipedia

Kürdəxanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

KürdəxanıBakının Sabunçu rayonunun tabeliyində olan kənd.

Kürdəxanı
40°32′54″ şm. e. 49°55′19″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Sabunçu rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 27,3 km²
Mərkəzin hündürlüyü 2 m
Saat qurşağı
Əhalisi
Əhalisi 6 500 (2016) nəfər
Xəritəni göstər/gizlə
Kürdəxanı xəritədə
Kürdəxanı
Kürdəxanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya redaktə

Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır.[1]

Tarixi redaktə

Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.

"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.

Tarixi abidələri redaktə

  • Hacı Zeynal hamamı — XVII əsr[2]
  • Hacı Cəfərqulu hamamı — XII əsr
  • Aşağı məscid — 1444-cü il (kitabəsində yazılıb: Bu Cümə məscidinin tikilməsinə Hacı Peşəng peyğəmbərin hicrətinin 848-ci ilində əmr etdi. Allahın daim ona salamı olsun[3])
  • Soltan Əli məscidi — XIX əsr
  • Türbə — XVI əsr
  • Hamam — 1905-ci il

Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə görə Yamin adlı bir gənc şəxs günlərin bir günü o ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdiyi sədəqəyə gedib daş alır və qala tikməyə başlayır. Məqsədi o idi ki, öldükdən sonra bu dünyada ondan bir iz qalsın. Tikilən qalaya onun adı qoyulur.

Kəndin Dadaş Vasif küçəsində Bakı xanının mülkü olub. Sovet dövründə uşaq bağçası kimi fəaliyyət göstərib. İndi baxımsız vəziyyətdədir.

Mədəniyyəti redaktə

Qəsəbədə müasir tipli poliklinika, internet kafe, H.Ağaverdiyev adına 113 saylı orta məktəb, 366 saylı uşaq bağçası, 33 saylı poliklinika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi, işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi redaktə

Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonuna daxildir. Bakının şimal hissəsində yerləşir. Ərazisi 27.3 kv.km-dir. Pirşağı, Maştağa, Nardaran, Bilgəh, Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd dənizin sahilində olduqdan, əsasən ən çox soyuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10–20 dərəcədir. Bakının, Abşeron yarımadasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur.

Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir. Kürdəxanı ətrafında tülkü,çaqqal,bayquş və s. heyvan və quş növlərinə rast gəlinir.

Əhalisi redaktə

Keçmiş statistika redaktə

  • 1813–86 nəfər[4]
  • 1859–1864-cü illər — 856 nəfər[5]
  • 1870–888 nəfər[6]
  • 1959–1622 nəfər[7]
  • 1970–2574 nəfər[8]
  • 1979–3223 nəfər[9]
  • 1989–3846 nəfər[10]
  • 2016–6500[11] nəfər

Kürdəxanıda doğulmuş məşhur şəxslər redaktə

Kürdəxanı şəhidləri redaktə

  • İlqar Quliyev (hərbçi) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur
  • Paşa Nəzirov — Daxili İşlər Nazirliyində gizir
  • Faiz Heydərov
  • İlqar Zülfüqarov — baş leytenant, Xankəndidə N saylı hərbi hissənin RAX-ın rəisi
  • Natiq Babayev
  • Fikrət Babayev
  • Mübariz Məmmədov

İqtisadiyyatı redaktə

Kənd təsərrüfatı sahəsində Kürdəxanı çox inkişaf etmişdir. Burada kök, taxıl, çovdar, üzüm, tut, əncir, əzgil, zeytun, nar yetişdirilir. Əhali qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olur. Qəsəbənin qərb hissəsində Bakının ən böyük fermalarından biri vardır.

Nəqliyyat redaktə

Bakı–Xaçmaz dəmiryol xətti Kürdəxanını iki yerə ayırır. Məhəmmədi – Kürdəxanı şossesi qəsəbənin mərkəzindən keçir. Eyni zamanda 173 saylı Pirşağı-Koroğlu, 185 saylı Kürdəxanı-8 km bazarı, 537 Zabrat-Novxanı istiqamətində işləyən avtobusları vardır.

İstinadlar redaktə

  1. Сара Ашурбейли, (1983), Государство Ширваншахов (VI-XVI вв.), с. 16.
  2. "Bakıda XVII əsrə aid abidə zibilliyə çevrildi - Fotolar". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  3. "Kürdəxanı haqda sənədli film". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
  4. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, fond 24, siyahı 1, iş 21
  5. Bakı quberniyası statistikası Arxivləşdirilib 2020-11-27 at the Wayback Machine (PDF)
  6. Rusiya imperiyası yaşayış yerləri siyahısı, 1870, Tiflis, cild LXV
  7. Численность населения СССР по переписи на 15 января 1959 года по республикам, краям, областям, национальным округам, районам, городам, поселкам городского типа, районным центрам и крупным сельским населенным местам (по административно-территориальному делению на 1 января 1960 г.).- М.: Центральное статистическое управление при Совете Министров СССР, 1960.- 523 с.
  8. Всесоюзная перепись населения 1970 года. Таблица 1с. РГАЭ. Ф 1562. Оп. 336. Д. 3831–3838.
  9. Всесоюзная перепись населения 1979. Таблица 1с. РГАЭ. Ф 1562. Оп. 336. Д. 5943–5951.
  10. Всесоюзная перепись населения 1989 года. ТОМ 1. Часть 1. Таблица 3.
  11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2016-cı ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine (min nəfər)

Saytda 239 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024