Küsnət (Quba) Haqqinda Melumat - Vikipedia

Küsnət (Quba) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

KüsnətAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir[1].

Küsnət
41°16′34″ şm. e. 48°19′21″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.188 m
Saat qurşağı
Əhalisi
Əhalisi 285 (2009) nəfər
Xəritəni göstər/gizlə
Küsnət xəritədə
Küsnət
Küsnət

Tarixi redaktə

Toponimikası redaktə

  • Küsnət oyk., sadə.
  • Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır;
  • Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar. Küsnət sözü Ağdaş r-nunda "ağır-xasiyyətli, qaraqabaq" mənalarında işlənir. Bu sözün türk dillərində "payızlıq", "dağlıq ərazı". "quzey" mənaları da vardır.[2]

Coğrafiyası və iqlimi redaktə

  • İqlimi turizm üçün əlverişlidir. Dağ ətəyində yerləşdiyinə görə dəyişkən havası var.

İqtisadiyyatı redaktə

Yol redaktə

2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır[3].

Əhalisi redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. "Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (az.). e-qanun.az. 29-03-2014. İstifadə tarixi: 2014-09-14.[ölü keçid]
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024