Küveyt şəhəri Haqqinda Melumat - Vikipedia

Küveyt şəhəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Küveyt (şəhər)

Küveytin paytaxtı
(Küveyt şəhəri səhifəsindən istiqamətləndirilmişdir)

Küveyt (həmçinin Əl- Küveytərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı.

Küveyt
الكويت
29°22′30″ şm. e. 47°58′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.989.000 nəf. (2018)[2]
Xəritəni göstər/gizlə
Küveyt xəritədə
Küveyt
Küveyt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.

Əhalisi redaktə

Şəhərin əhalisi — 151.060 (2008)[3], şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur.

Coğrafiyası redaktə

Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır.

Sənayesi redaktə

Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizorsoyuducular quraşdırılır. Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.[4]

Nəqliyyat redaktə

Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat qovşağıdır. Şəhərdə Beynəlxalq Küveyt aeroportu yerləşir.[4]

İctimai və mədəni həyat redaktə

Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi, KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.[4]

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 archINFORM (alm.). 1994.
  2. https://www.un.org/en/events/citiesday/assets/pdf/the_worlds_cities_in_2018_data_booklet.pdf.
  3. "NationMaster – Kuwaiti Geography statistics". NationMaster. 18 December 2008. 18 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2011.
  4. 4,0 4,1 4,2 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 121–122

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023