Kəşf Haqqinda Melumat - Vikipedia

Kəşf Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kəşf nədir- təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanunauyğunluqların, xüsusiyyətamillərin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətlər. Elmi-texniki inqilabın tərkib hissəsidir.

Kəşf 1)arama, meydana çıxarma;

2)bilinməyən bir şeyi və ya yeri tapma, icad etmə;

3)köhnəlmiş söz: yoxlama, müayinə etmə, ətraflı tədqiq etmə;

4)maddi və mənəvi dünyanın əvvəllər məlum olmayan qanunauyğunluqlarının, xassələrinin və hallarının onların dərk edilməsi səviyyəsini köklü dəyişməsinə xidmətinin müəyyən edilməsi;

5)elmi kəşf – təbiət və cəmiyyət haqqında elmi biliklər sahəsində əldə edilən yeni nailiyyət. Elmin, texnikanın inkişafına prinsipcə yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir.

Elimi kəşflər elm və texnikanın inkişafını sürətləndirir, ona təsdiq və ya inkar faktları verir.

Kəşf də ixtira kimi təsaüdfən və ya məqsədli ola bilər. Məqsdəli kəşfi etməyin əsasında həmişə müşahidələrin, sınaqların və ya spekulyasiyaların aparılması üçün əla istedad durur. Yerin kəşfin tarixində qərb mədəniyyəti baxımından Xristofor Kolumbun dövrü aid edilir.

Ədəbiyyat redaktə

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024