Kəbərlər Haqqinda Melumat - Vikipedia

Kəbərlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

KəbərlərXəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri.

Tarix redaktə

IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi.

Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar.

Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib.[1]

Azərbaycanda redaktə

Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, MilQarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar.

Mənbə redaktə

  • Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s. 95–96.

İstinadlar redaktə

  1. 'Шушарин В.П. Ранний этап этнической истории венгров. М.,1997. ISBN 5-6004-105-5.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 196 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024