Kələmo Haqqinda Melumat - Vikipedia

Kələmo Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.

Kələmo
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Kələmo
Beynəlxalq elmi adı
  • Acipenser nudiventris[1]

Yayılması redaktə

Qara dəniz, Azov, XəzərAral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır.

Morfoloji əlamətləri redaktə

Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.

Yaşayış yeri və həyat tərzi redaktə

Keçici balıqdır. Çaya girməsi, başlıca olaraq, yazda, az miqdarda isə payızda olur. Erkən yaşda əsasən dib xərçəngkimiləri və xironomid sürfələri ilə qidalanır. Dənizdə kələmo balığının mədəsində balıqlar (xullar, aterinlər, kilkələr) üstünlük təşkil etmişdir. Körpələr, eyni zamanda nərəkimilərin tökdüyü kürünü və onların sürfələrini yeyir. Xəzər dənizinin hər yerində yayılmışdır.

Çoxalması redaktə

Mart—may aylarında kürü tökmək üçün çaylara keçir. Erkəkləri 6—9, dişiləri 12—14 yaşında cinsi yetkinliyə çatır. Hər il nəsil vermir. Məhsuldarlıq 280 mindən 1290 minə qədər kürü təşkil edir. Kürütökmə aprelin sonunda maya qədər - suyun temperaturu 12-15°C olarkən baş verir. Kürüsünü çayın nisbətən sürətli axan yerlərindəki daşlar, çınqıllar üzərində tökür. Kürüdən çıxmış körpələrin hamısı dənizə qayıtmır,onların bir qismi çayda qalır, yetkinləşir.[2]

Təsərrüfat əhəmiyyəti redaktə

Qiymətli vətəgə balığıdır.Lakin digər nərə növlərinə nisbətən az miqdarda tutulur.

Mühafizə tədbirləri redaktə

Kələmo balığının ehtiyatları balıq zavodlarında süni çoxaltma yolları ilə təmin edilir.

Qısa təsviri redaktə

Bədənin üzərində beş sırada yerləşən sümük lövhələr (pilək) olur. Quyruq gövdəsinin üst payı üzərində rombşəkilli pulcuq vardır. Quyruq üzgəci heteroserkaldır. Rostrumu uzunsovdur. Ağzı aşağıda yerləşir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır. [3]

Yayılması və Sayı redaktə

Əsas növ Azov, Aral dənizləri hövzələrində yayılmışdır. Xəzər dənizində Acipenser nudiventris derjavini yarımnövü yaşayır və əsasən dənizin cənub hissəsində yayılmışdır. Oradan Kür, Səfidrud və Ural çaylarına girir. Az miqdarda Volqanın deltasında təsadüf edilir. Mingəçevir bəndi çəkilənə qədər Alazan (Qabırrı) çayının ağız hissəsinə, Araz çayında isə Bəhrəmtəpə bəndinə qədər qalxırdı. Hazırda Kür boyu Varvara bəndinə qədər gəlib çıxır. Kür çayı axını tənzim olunduqdan sonra qaya balığının ovu intensiv olaraq azalmağa başlamışdır. Hal-hazırda ovu aparılmır və o nəsli kəsilmək təhlükəsində olan balığa çevrilmişdir.[4]

Yaşayış yeri və həyat tərzi redaktə

Qaya balığı dənizin sahilə yaxın dayaz zonalarında (20 - 25 m) yaşayır və bu yerlərdə qidalanır, qumlu, lilli-qumlu və qumlu-lilli əraziləri daha çox sevir. Keçici balıqdır, çaya girməsi əsasən yazda (mart-apreldə) suda temperatur 7.4 – 16.4 0C olduqda, az miqdarda isə payızda suda temperatur 17.9 – 12.10 C olduqda (oktyabr-noyabr aylarında) baş verir. Bəzən körpələr dənizə qayıtmayıb çayda qalaraq cinsi yetginliyə çatır. Qaya balığının erkəkləri 9, bəzən 6-8 yaşında, dişiləri 14, bəzən 12-13 yaşında cinsi yetginliyə çatır. Kürüsünü aprelin axırlarından iyulun əvvəllərinə qədər çayın nisbətən sürətli axan yerlərindəki daşlar üzürinə tökür. Bu zaman suda temperatur 12 - 24° C olur. Kürülər mayalandıqdan sonra daşlara yapışır. Kələmo balığının cinsi məhsuldarlığı 280 mindən 1390 minə qədər olur. Kür kələmosu dənizdə əsasən balıqlarla (xullarla) və molyusklarla, az miqdarda xərçəngkimilərlə qidalanır.

Məhdudlaşdırıcı amillər redaktə

KürAraz çayları axınının tənzim olunması ilə əlaqədar olaraq təbii kürüləmə sahələrinin sıradan çıxması, dənizdə nərə balıqlarının ovunun intensiv aparılması, törədici çatışmamazlığı ilə əlaqədar son illərdə süni artırılmasının kəskin azalması.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri redaktə

Ehtiyatının bərpa olunması üçün Respublikada 4 nərə balıqartırma zavodu tikilərək istifadəyə verilmişdir. Nərəkimilərə aid olan balıqlar arasında bəzi bioloji xüsusiyyətlərinə (tez cinsi yetginliyə çatması, yüksək məhsuldarlığa malik olması, uzun müddət şirin suda qala bilməsi və s.) görə fərqlənən qaya balığının süni artırılmasının miqyasını genişləndirmək, hər il 2 mln-dək kələmo körpəsi yetişdirib dənizə buraxmaq, bu yolla nəsli kəsilməkdə olan qaya balığının ehtiyatını bərpa etmək və genetik fondunu qoruyub saxlamaq mumkundur.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007
  3. Державин А.Н. Каталог пресневодных рыб Азербайджана. Баку: АН АзССР, 1949, 45 с
  4. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 63 - 65.

Həmçinin bax redaktə


Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023