Kərbəlayı Şirin bəy Çəmənli Haqqinda Melumat - Vikipedia

Kərbəlayı Şirin bəy Çəmənli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kərbəlayı Şirin bəy Çəmənli

Kərbəlayı Şirin bəy ÇəmənliQarabağ bəylərindən biri, Georgi xaçı kavaleri.

Kərbəlayı Şirin bəy Çəmənli
Kərbəlayı Şirin bəy Əli bəy oğlu Çəmənli
Doğum tarixi
Doğum yeri Çəmənli, Kəbirli mahalı, Qarabağ xanlığı
Həyat yoldaşı Nənəxanım xanım
Uşaqları Abbas bəy, Əli bəy, Abdulla bəy, İbadulla bəy, Fatma xanım, Mələk xanım
Atası Əli bəy Çəmənli

Həyatı redaktə

Kərbəlayı Şirin bəy Əli bəy oğlu 1808-ci ildə Kəbirli mahalının Çəmənli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi.


Ailəsi redaktə

Kərbəlayı Şirin bəy Kərbəlayı Nənəxanım xanımla ailə qurmuşdu. Abbas bəy, Əli bəy, Abdulla bəy, İbadulla bəy adlı oğulları, Fatma xanım, Mələk xanım adlı qızları vardı. Onun törəmələri Şirinbəyov soyadını daşıyırdılar.

Mükafatları redaktə

Kərbəlayı Şirin bəy Çəmənli döyüşdə göstərdiyi şücaətə görə Georgi xaçı ilə təltif olunmuşdu.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Şirinbəyovlar. "Soy", 10 (18), 2008. səh.36-38.

Həmçinin bax redaktə


Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024